Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

  

Azərbaycan Respublikası Prezidentinin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 23 dekabr 2011-ci il tarixli, 1927 nömrəli Sərəncamının icrası ilə əlaqədar 

 

ƏMR EDİRƏM:

 

1. Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas, ilk-peşə ixtisas təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının  icrasını təmin etsinlər və görülmüş işlər barədə  25 noyabr 2012-ci il tarixinədək  nazirliyə məlumat versinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və nazirliyin İnternet səhifəsində yerləşdirilməsini  təmin etsin.

5. Ümumi şöbə (X.Fərəcov) əmr və  tədbirlər planının çoxaldılıb  yerlərə göndərilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.  

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

27 aprel 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 4 may.- S.2.