Mirzə Fətəli
Axundzadənin 200 illik yubileyi
Şəkidə qeyd edildi
Böyük Azərbaycan
mütəfəkkiri, milli
dramaturgiyamızın banisi, görkəmli
ictimai-siyasi xadim və
maarifçi M.F.Axundzadənin 200 illik yubileyi onun doğma torpağı
olan Şəki şəhərində qeyd edilmişdir.
Tədbir
Şəki Şəhər İcra
Hakimiyyəti, Azərbaycan Müəllimlər İnstitutu
və onun Şəki filialının birgə
təşkilatçılığı ilə təşkil olunmuşdur.
Tədbiri
giriş sözü
ilə açan Şəki Şəhər
İcra Hakimiyyətinin
başçısı Elxan Usubov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
M.F.Axundzadənin 200 illik yubileyinin
keçirilməsi haqqında müvafiq sərəncam
imzalamışdır.
Sərəncamda Azərbaycan ədəbiyyatının
inkişafında parlaq səhifə açan ədibin 200 illik
yubileyinin təntənəli surətdə
keçirilməsi üçün aidiyyəti
strukturlara lazımi tapşırıqlar verilmişdir. Şəki Şəhər İcra Hakimiyyətində də böyük ədibin yubileyinin
Şəkidə lazımi səviyyədə keçirilməsi üçün Təşkilat
Komitəsi yaradılmış, tədbirlər planı qəbul
edilmişdir. 2011-ci ildə Axundzadənin
adını daşıyan prospektdə, parkda
geniş abadlıq, quruculuq
işləri və dahi mütəfəkkirin
ev-muzeyində təmir-bərpa işləri
aparılmışdır. Təsdiq edilmiş
tədbirlər planına əsasən il ərzində
Şəkidə müxtəlif tədbirlərin, o cümlədən elmi
konfransların, seminarların, sərgi və müsabiqələrin,
teatr festivalının keçirilməsi
nəzərdə tutulmuşdur.
Bu gün
Şəki Şəhər İcra
Hakimiyyəti ilə Azərbaycan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi elmi-praktik konfrans aktual əhəmiyyət
kəsb edir.
Sonra Azərbaycan Müəllimlər
İnstitutunun rektoru,
millət vəkili, professor Aqiyə
Naxçıvanlı çıxış edərək bildirdi ki, Azərbaycan
adları dünya ədəbiyyatı xəzinəsinə
daxil olan Nizami, Füzuli, Vaqif, M.F. Axundzadə, Sabir,
C.Məmmədquluzadə, M.S.Ordubadi,
C.Cabbarlı, Ü.Hacıbəyli, S.Vurğun
və bir çox başqa yazıçıların, şairlərin,
bəstəkarların, alimlərin vətənidir. Gənclərimiz
də korifeylərin yaradıcılığına, Azərbaycan
xalqının çoxəsrlik tarixi ərzində
yaradılan bütün mənəvi sərvətlərə
yaxşı bələd olmalıdırlar. Biz
keçmişin təcrübəsinə
və nailiyyətlərinə daha da irəliləmək, inkişaf
etmək üçün müraciət edirik. Elə bu baxımdan
uzun illər ulu
öndərimiz Heydər Əliyevin mənəvi, mədəni,
milli irsimizə böyük
hörmət bəslədiyinin şahidi olmuşuq. Bu gün də cənab Prezidentimiz
İlham Əliyevin rəhbərliyi altında
xalqımız dahilərimizin yaradıcılığından
bəhrələnərək mədəniyyətimizin yeni böyük abidələrini
yaradır. Azərbaycan tarixində yeni-yeni
izlər açmış tarixi şəxsiyyətlər
heç vaxt unudulmur.
Qeyd edildi
ki, cənab Prezident İlham Əliyevin "Mirzə Fətəli
Axundzadənin 200 illik yubileyinin
keçirilməsi haqqında" 13 aprel
2010-cu il tarixli sərəncamı
XIX əsr Azərbaycan ədəbiyyatının ən mütəfəkkir
xadimi M.F.Axundzadə kimi
tarixi şəxsiyyətə verilən
qiymətin bariz nümunəsidir.
Professor A.Naxçıvanlı bildirdi ki, bu
illərdə bütün təhsil müəssisələrində,
elm ocaqlarında Axundzadənin yubileyi qeyd edilir.
Təbiidir ki, bu sərəncamın icrasını təmin
etmək məqsədilə Təhsil Nazirliyinin
617 nömrəli 19 may 2010-cu il tarixli əmrinə əsasən
institutumuzda da bir çox tədbirlər
keçirilmiş, bu gün M.F.Axundzadənin yubileyinin
Azərbaycanın cənnət məkanlarından olan Şəki şəhərində
keçirilməsi bu tədbirlərin
davamıdır və heç də təsadüfi
deyildir. Çünki
bu gözəl məkan elə Axundzadənin
doğulduğu məkandır.
Milli Məclisin deputatı Aqiyə
Naxçıvanlı qeyd etdi
ki, bu Şəki
Şəhər İcra Hakimiyyəti ilə
keçirilən ilk tədbir deyil. Mən bugünkü
gün münasibətilə bütün Şəki əhlini təbrik edirəm
və tədbirin çox yüksək səviyyədə
keçirilməsində yaxından iştirak
etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
Elxan Usubova dərin təşəkkürümü
bildirirəm.
Tədbirdə
Azərbaycan Yazıçılar Birliyi
Şəki bölməsinin sədri, AMİ-nin
Şəki filialının baş müəllimi
Vaqif Aslanın "M.F.Axundzadə
ümumşərq ədəbiyyatında və fəlsəfi fikrin inkişafında yeni
mərhələdir", AMİ-nin dosenti Razim Məmmədovun
"M.F.Axundzadə yaradıcılığı Əziz Şərifin
elmi-tənqidi fikirlərində", Şəki
filialının dosentlərindən Gülarə
Abdullayevanın "Azərbaycan əlifbası islahatı sahəsində
M.F.Axundzadənin təşəbbüsləri", Nurəli
Çələbiyevin "M.F.Axundzadənin ədəbi irsində
bədii tip və xarakterlərin psixoloji səciyyəsi", İlahə
Süleymanovanın "M.F.Axundzadənin fəlsəfi görüşləri", Kamil
Adışirinovun "M.F.Axundzadə
yaradıcılığının Şəki ədəbi
mühitinə təsiri" və Şəki Pedaqoji
Kollecinin Azərbaycan dili
və ədəbiyyat müəllimi, AYB-nin
üzvü Ramiz Yusifovun "M.F.Axundzadənin qadın
obrazlarının səciyyəvi xüsusiyyətləri"
mövzularındakı çıxışları tədbir
iştirakçıları tərəfindən böyük maraqla
qarşılandı.
Tünzalə YUSİFOVA
Azərbaycan
müəllimi.- 2012.- 4 may.- S.4.