Ümummilli
lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan
dövlətinin qurucusudur
Mayın 2-də Bakı Dövlət
Universitetində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümünə həsr olunmuş
"Heydər Əliyev məktəbi" mövzusunda tədbir
keçirilmişdir.
AzərTAc xəbər verir ki,
universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında göstərdiyi misilsiz xidmətlərindən
danışmışdır. Ulu öndərin daxili və
xarici siyasətindən söz açan rektor bildirmişdir ki,
bu gün Azərbaycanın qazandığı bütün
uğurlarının əsası məhz Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Müqəddəs şəxsiyyət olan dahi rəhbərin
bütün fəaliyyəti yalnız xalqın xidmətinə
yönəlmişdir. Onun dərin düşüncəsi,
ideyaları, qurub-yaratdıqları, siyasət, iqtisadiyyat, elm,
təhsil və digər sahələrdə həyata
keçirdiyi islahatlar, möhtəşəm layihələr
xalqımızın rifahına, işıqlı gələcəyinə
xidmət etmişdir. Hər bir azərbaycanlı onun zəngin
irsini öyrənməli, gələcək nəsillərə
çatdırmalıdır.
A.Məhərrəmov demişdir ki,
xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o
vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə
uğurla davam etdirilir. Akademik ümummilli liderin elmin, təhsilin
inkişafına hər zaman böyük diqqət və
qayğı ilə yanaşdığını, ulu öndərin
siyasi kursunun onun layiqli davamçısı, Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini bildirmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov
dövlətimizin formalaşması, inkişafı və
dünyada tanınması istiqamətində ümummilli liderin
əvəzsiz rolundan söz açmışdır. Qeyd
olunmuşdur ki, ulu öndər Heydər Əliyev tərəfindən
milli ideologiyamızın mükəmməl konsepsiyası
işlənib hazırlanmışdır. Əli Əhmədov
bildirmişdir ki, Heydər Əliyevin daxili və xarici siyasəti
nəticəsində dövlətçilik konsepsiyası
uğurla həyata keçirilmişdir. Azərbaycanda sabitliyin
qorunub saxlanılması, ölkənin bütün sahələrində
tətbiq olunan uğurlu islahatlar onun dövlətçilik
konsepsiyasının ideyaları sayəsində gerçəkləşmişdir.
Belə bir konsepsiya Heydər Əliyev tərəfindən
hazırlanmış və getdikcə təkmilləşdirilmişdir.
Ölkə iqtisadiyyatının liberal qaydada
formalaşması, azad sahibkarlıq ideyalarının
yaranması və həyata keçirilməsi dövlətçilik
konsepsiyasının əsasını təşkil
etmişdir. Nəticədə milli-mənəvi dəyərlərə
əsaslanan yeni dövlət modeli formalaşmış və əsası
qoyulmuşdur. Müasir Azərbaycan cəmiyyətinin, onun
humanizm, milli-mənəvi dəyərlərinin
formalaşması ulu öndərin əsas xidmətlərindən
olmuşdur. Onun yaratdığı müasir Azərbaycan
dövləti bu gün xalqa, onun milli maraqlarına şərəflə
və ləyaqətlə xidmət edir. Heydər Əliyevin
müasir Azərbaycan dövlətini yaratmaq konsepsiyası
özünəməxsusluğu ilə seçilir. Ulu öndərin
konsepsiyası əsasında həyata keçirilən ciddi
liberal və demokratik islahatların nəticəsində siyasi
cəhətdən güclü dövlət
yaradılmışdır. Heydər Əliyev müasir Azərbaycan
cəmiyyətinin və onun mənəvi-əxlaqi dəyərlərinin
formalaşması missiyasını da öz üzərinə
götürmüş milli liderdir.
Diqqətə
çatdırılmışdır ki, Azərbaycanın
Avropanın nüfuzlu "Eurovision" mahnı
yarışmasında qalib gəlməsi, BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi, 2020-ci il Yay
Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli
sürməsi ölkəmizin özünə inamının
bariz nümunəsidir. Bu, həmçinin Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata
keçirdiyi daxili və xarici siyasətin nəticəsidir.
Tədbirdə AMEA Tarix İnstitutunun
direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov və professor
Tofiq Hacıyev ulu öndərin zəngin həyat və fəaliyyətindən
söz açmışlar.
Azərbaycan
müəllimi.- 2012.- 4 may.- S.3.