Şəkidə "Müasir təhsilin davamlı inkişafı:
reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik
konfransı keçirilib
Aprelin 30-da
Şəki Şəhər İcra Hakimiyyətində
"Müasir təhsilin davamlı inkişafı:
reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik
konfransı keçirildi. Konfransda təhsil naziri Misir Mərdanov, Şəki Şəhər
İcra Hakimiyyətinin
başçısı Elxan
Usubov, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Təhsil Nazirliyinin nümayəndələri, Təhsil
Problemləri İnstitutunun
əməkdaşları, Şəki
şəhər, Qəbələ,
Oğuz, Qax, Zaqatala, Balakən rayon təhsil şöbələrinin
müdirləri, metodistlər,
məktəb direktorları
və digər şəxslər iştirak
edirdilər. Konfransdan
öncə Şəki
şəhər R.Əfəndiyev
adına 10 nömrəli tam orta məktəbin foyesində
şagirdlərin əl
işlərindən ibarət
sərgiyə baxış
keçirildi. Təhsil naziri
Misir Mərdanov müəllimlərdən Almaz
Əsədovanın III, Səbuhi
Qurbanovun IX siniflərdə
riyaziyyat fənnindən
apardıqları "açıq
dərs"lərdə iştirak
etdi. Sonra konfrans iştirakçıları
ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış
abidəsi önünə
gül-çiçək dəstələri
düzərək, ulu
öndərə ehtiramlarını
bildirdilər.
Konfransı giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
Elxan Usubov qonaqları salamlayaraq elmi-praktik konfransın Şəkidə keçirilməsindən
məmnunluğunu ifadə
etdi. Şəkinin milli mənəvi dəyərlərindən söz
açan E.Usubov şəhərin qədim
mədəniyyət mərkəzlərindən
biri olduğunu, hələ XIX əsrdən
burada qəza və rus məktəblərinin
fəaliyyət göstərdiyini
nəzərə çatdırdı.
Bildirildi
ki, Şəkidə
1831-ci ildə rus dilində açılan təhsil ocağı Azərbaycanda ilk dünyəvi
məktəblərdən biridir.
Şəkidə təşkil olunmuş
bu məktəb maarifin inkişafına, onun yeni dünyəvi
xarakter daşımasına
təkan vermişdir.
Bu məktəbdə Azərbaycan elminin və təhsilinin inkişafında xüsusi
xidmətləri olan yüzlərlə görkəmli
şəxsiyyətlər təhsil
almışdır. Qeyd
edildi ki, bu il Şəkidə açılmış
ilk qəza məktəbinin
varisi olan Şəki şəhər
5 nömrəli tam orta
məktəbin 180 illik
yubileyinin keçirilməsi
nəzərdə tutulur.
Şəhər icra hakimiyyətinin başçısı
Elxan Usubov ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı,
ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Şəkidə
20 yeni məktəb binasının tikildiyini,
3 məktəbin isə
əsaslı təmir
olunduğunu nəzərə
çatdırdı. Bildirdi ki,
hazırda 4 məktəb
binasının tikintisi
davam etdirilir. 2012-ci ildə şəhər
təhsil şöbəsi
üçün yeni inzibati və bir məktəb binalarının tikintisinə
başlanılması, 3 məktəbin
isə əsaslı təmir olunması nəzərdə tutulur.
Konfransda çıxış edən
təhsil naziri Misir Mərdanov R.Əfəndiyev adına
10 nömrəli tam orta
məktəbdə dinlədiyi
"açıq dərs"lərin
yüksək səviyyədə
təşkil edildiyini
vurğuladı. Hər iki
müəllimin peşəkarlığına
diqqət çəkən
nazir regionlarda təhsilin sürətlə
inkişaf etdiyini bildirdi. Son illər
Şəkidə müşahidə
olunan dinamik inkişafdan söz açan təhsil naziri ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına
xüsusi diqqət yetirdiyini vurğuladı.
Misir Mərdanov regionların sosial-iqtisadi inkişafını
sürətləndirmək məqsədi ilə qəbul olunmuş Dövlət Proqramının
əhəmiyyəti və
proqram çərçivəsində
görülmüş misilsiz
işlər barədə
fikirlərini bildirdi.
Bölgələrdə belə tədbirlərin
keçirilməsinin vacibliyini
önə çəkən
nazir konfransın əhatə etdiyi 6 rayonun təhsil göstəriciləri haqqında
müvafiq statistik məlumatları iştirakçıların
nəzərinə çatdırdı.
Şəkidə və bölgədəki
rayonlarda məktəbəqədər
təhsil sahəsi haqqında statistik məlumatları slaydlar vasitəsi ilə göstərən nazir bu sahədə ciddi problemlərin mövcud olduğunu və məktəbəqədər
təhsil müəssisələrinin
azlıq təşkil
etdiyini, problemin həllinə dair məsələlərin müzakirə
edildiyini bildirdı.
Kadrlarla bağlı məsələlərə toxunan
Misir Mərdanov müəllimlərin və
tərbiyəçilərin yaş senzi ilə bağlı yaranan problemlərə həssas yanaşmağı,
gənc kadrlara şərait yaradılmasını,
yaşlı müəllimlərin
isə bacarıq və qabiliyyətlərinə
görə fəaliyyətlərinin
tənzimlənməsini tövsiyə
etdi. Şagird-müəllim nisbətinə toxunan təhsil naziri bu məsələnin ciddi xarakter daşıdığını və rasionallaşdırmaya
ehtiyac olduğunu nəzərə çatdırdı.
Yeni fənn kurikulumlarının tətbiqi
üzrə öyrədici
təlimlərdən keçən
müəllimlər haqqında
məlumat verən nazir bu sahədə
işlərin mərhələli
şəkildə həyata
keçirildiyini vurğuladı.
Maddi-texniki təminat,
məktəblərin növbəliliyi,
məktəblərdə orta
şagird sıxlığı,
şagird-müəllim nisbəti,
təhsilinə görə
müəllimlərin təsnifatı,
dərs yükü, pedaqoji kadrlarla təminat, ehtiyac və digər məsələlər haqqında
danışan Misir Mərdanov mövcud problemlərin aradan qaldırılması üçün
bir sıra tövsiyələr və
tapşırıqlar verdi.
Digər çıxış
edənlər mövzu
ətrafında fikirlərini
bildirdilər.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 4 may.- S.3.