Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRAR  ¹ 90

 

Bakı şəhəri, 30 aprel 2012-ci il

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Dövlət Texniki Kollecinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.11-ci bəndinə əsasən və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹7, maddə 745, ¹10, maddə 969, ¹12, maddələr 1241, 1245; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 mart tarixli 56 nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinin 7-ci və 8-ci hissələri ləğv edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan müəllimi.- 2012.- 4 may.- S.2.