Qafqaz
Universiteti beynəlxalq mükafata
layiq görülüb
Qafqaz Universiteti
29-30 aprel tarixlərində Almaniyanın Frankfurt şəhərində keçirilmiş
Keyfiyyət üzrə 38-ci "Business Intiative Directions" (BID)
beynəlxalq konqresində "International Arch of Europe"
nominasiyası üzrə qızıl mükafata
layiq görülüb.
Bu barədə universitetin
mətbuat xidməti məlumat yayıb. Məlumatda
bildirilir ki, konqresdə
universitetin biznes
dünyası ilə qurduğu işgüzar münasibət və təhsil sektorunda göstərdiyi fəaliyyət "International Arch of Europe"un əsasnaməsi və QC100 - Keyfiyyətin Ümumi İdarəedilməsi modelinin
meyarları əsasında yüksək qiymətləndirilib.
Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən
müxtəlif şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç iştirak edib.
Məlumatda
o da diqqətə
çatdırılır ki, BID təşkilatı
hazırda dünyada "Keyfiyyət
mükafatı" təqdim edən ən önəmli özəl
şirkətlərdən biridir. Şirkətin
əsas keyfiyyət prinsipləri Yaponiyadakı "Deming", Amerikadakı "Baldrige"
və Avropadakı EFQM təşkilatları kimi
güclü təməl üzərində qurulub.
BID şirkətinin strukturu biznes informasiya sahəsində
ekspert kimi fəaliyyət
göstərən beynəlxalq mühəndis,
riyaziyyatçı, iqtisadçı, fizik,
jurnalist, psixoloq, dizayner, memar və s. kimi mütəxəssislərdən
ibarətdir. Bu mütəxəssislər daimi olaraq dövlət və
özəl sektorların informasiya mənbələrindən,
mediadan, nəşrlərdən, reklamlardan, konsultasiya
şirkətlərindən, yarmarkalar və
sərgilərdən müxtəlif şirkətlər haqda informasiya toplayır və
tədqiq edir.
BID təşkilatı
davamlı olaraq keyfiyyət və idarəetmə
sahəsində lider sayılan və seçilmiş şirkətlərə səs
verən korporasiyalar arasında fasiləsiz
sorğu həyata keçirir.
Qafqaz
Universitetinə təqdim edilən beynəlxalq BID
mükafatı QC100 TQM (Keyfiyyətin Ümumi
İdarəedilməsi) kriteriyaları əsasında verilir, hansı ki bu meyarlar biznes
sahibkarlarının və şirkətlərin proses, servis və təşkilati
sistemlərinin inkişaf etdirmə
qaydaları kimi xarakterizə edilə bilər. QC100 Keyfiyyətin Ümumi İdarəedilməsi modelinin
uğurlu həyata keçirilməsi üçün əsas addımlar təşkilat
olaraq keyfiyyəti hədəf
götürmə, müştəri məmnuniyyəti, təşkilati
sistem səmərəliliyi, innovasiya, texnoloji yenilik, cəmiyyətdə liderlik,
kommunikasiya strategiyaları, ISO 9000, insan qaynaqları, daimi təlim
və təhsil faktorları kimi vurğulana bilər.
"Business Initiative Directions" (BID) iş
dünyasında keyfiyyət baxımından yüksək
göstəricilərə malik şirkətləri
mükafatlandıran nüfuzlu
qeyri-hökumət təşkilatıdır və son 26 ildə müxtəlif nominasiyalar
üzrə 117 ölkənin qabaqcıl şirkətlərini
mükafatlandırıb.
Bu şirkətlər ötən il müxtəlif vaxtlarda Paris, London, Madrid, Cenevrə, Frankfurt və
Nyu-Yorkda "BID beynəlxalq konqresi" adı altında bir
araya gəlib. Həmin görüşlərdə
iştirak edənlər yeni
mükafat veriləcək şirkətləri
təklif edib. Namizədlər 21 adda müxtəlif keyfiyyət göstəriciləri
(idarəetmə, tədqiqat və inkişaf,
innovasiya, davamlı təhsil və s.) əsasında incələnib. Beynəlxalq
Seçki Komitəsi bu
göstəricilərdən azı 5-i üzrə yüksək
dəyər qazanan namizədləri qalib elan edib.
"İnternational Arch of Europe Award"
mükafatı üçün namizədlərin
seçilməsi şirkətin Seçki
Komitəsi tərəfindən səsvermə yolu
ilə həyata keçirilir. Yeni şirkətlərin namizədliyi əvvəlki
illərdə təltif olunmuş qaliblərin
təklif etdiyi təşkilatların qiymətləndirilməsi
yolu ilə həyata keçirilir.
Səsvermə prosedurunda
konfidensiallığa ciddi nəzarət edilir. Belə ki, namizədliyi
irəli sürülən şirkətlərin adı və səsvermə
nəticələri gizli saxlanılır.
Səsvermədə əsasən əvvəlki illərdə
təltif edilən şirkətlərin prezidentləri iştirak edirlər.
Y.ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 18 may.- S.3.