Tədbirlər planının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli, 1938 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə 

 

ƏMR EDİRƏM:

 

1. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin, yerli təhsili idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

3. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planını çoxaldaraq yerlərə çatdırsın.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məlumat-informasiya məcmuəsində dərc olunmasını və tədbirlər planı ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

14 may 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 18 may.- S.2.