Məktəblilərin
2011-2012-ci dərs ilində keçirilmiş fənn
olimpiadalarının nəticələri barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
2011/2012-ci
dərs ilində məktəblilərin fənn
olimpiadalarını yüksək səviyyədə
keçirmək, istedadlı şagirdləri üzə çıxarmaqla onların yaradıcılıq
qabiliyyətlərini inkişaf etdirmək
sahəsində müəyyən işlər görülmüş,
müvafiq təşkilati tədbirlər
həyata keçirilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş Xüsusi
istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)nın icrası
ilə bağlı çap olunmuş Elementar
riyaziyyatın əlavə
fəsilləri və olimpiadalar
I kitab, Elementar
riyaziyyatın əlavə fəsilləri və olimpiadalar II kitab, Riyaziyyatdan olimpiada
iştirakçıları üçün
200 variant, Kimyadan olimpiada məsələləri, «Uşaqlarda istedadın müəyyənləşdirilməsi
və inkişaf etdirilməsi»,
İstedadlı uşaqların psixoloji təminatı,
İstedadın psixoloji diaqnostikası
adlı vəsaitlərdən müəllim və
şagirdlər səmərəli istifadə etmişlər.
Təhsil
Nazirliyi kollegiyasının Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)nın yerinə
yetirilməsinin yekunları haqqında 03.12.2011-ci il tarixli qərarının
icrası ilə bağlı Nazirliyin 22.12.2011-ci il tarixli, 2154
nömrəli əmri ilə təsdiq olunmuş 2012-2013-cü illərdə
istedadlı uşaq və gənclərlə
iş sahəsində həyata
keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planındakı tədbirlərin
yerinə yetirilməsinə müntəzəm nəzarətin
nəticəsidir ki, fənn
olimpiadalarında əldə etdilən nəticələr əvvəlki
illərlə müqayisədə daha
yüksək olmuşdur.
Mövcud qaydalara
uyğun olaraq, olimpiadalar üç mərhələdə
keçirilmişdir. Rayon
(şəhər) mərhələsinin
I turunda 51800,
II turunda 9173, Respublika
turunda 1186 nəfər
şagird iştirak etmişdir.
Fənn olimpiadalarının yekun turunda Naxçıvan MR-in, Bakı, Sumqayıt, Şirvan,
Mingəçevir
şəhərlərinin,
Şəki,
İsmayıllı,
Tovuz, Şəmkir,
Zaqatala,
Qazax,
Şamaxı,
Cəlilabad, Quba, Hacıqabul, Siyəzən, Qax,
Ucar,
Ağdaş, Qəbələ, Abşeron, Yardımlı, Kürdəmir,
İmişli, Beyləqan, Balakən, Göygöl, Salyan, Füzuli, Masallı, Lerik,
Samux,
Tərtər rayonlarından olan şagirdlər daha
çox fərqlənmiş, mükafata layiq yerləri tutmuşlar.
Nazirlik nəzdindəki Heydər Əliyev adına,
Akademik Zərifə Əliyeva adına,
Zəngi
liseylərinin,
S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının, 132-134 nömrəli təhsil kompleksinin, Ankara
məktəbi məktəb-liseyin, BDU-nun nəzdindəki Gənc istedadlar
liseyinin, BSU-nun nəzdindəki məktəb-lisey kompleksinin, Bakı şəhəri 26, 147, 160, 239, 264 nömrəli məktəblərin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Naxçıvan şəhəri Heydər Əliyev adına, Şahbuz rayonu Kükü kənd, Şəmkir
şəhəri M.Füzuli adına, Şirvan
şəhəri
4, Şərur şəhəri 1, Siyəzən şəhəri 1 nömrəli
tam
orta məktəblərin, Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin, təbiət elmləri təmayüllü gimnaziyanın,
Balakən rayonu texniki və humanitar, Şamaxı
rayonu texniki, təbiət və humanitar təmayüllü liseylərin, Zaqatala rayonu humanitar fənlər gimnaziyasının
şagirdləri daha yaxşı
nəticə göstərərək qaliblər sırasında
olmuşlar.
Qaliblərin sayı
baxımından respublikada fəaliyyət
göstərən «Çağ» Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl
liseylərinin
şagirdləri fənn olimpiadalarının yekun turunda üstünlük təşkil etmişlər. Belə ki,
bu liseylərin 31 nəfər şagirdi I-IV yerlərə, o cümlədən 10 nəfər I, 8 nəfər II, 6 nəfər III, 7 nəfər IV yerə
layiq görülmüşdür.
Fənn olimpiadalarının təşkili və
keçirilməsində görülmüş işlərlə yanaşı, bir sıra rayonlarda bu vacib işə
laqeyd və
səhlənkar yanaşma hallarına da yol verildiyi aşkarlanmışdır. Belə ki, Ağcabədi, Daşkəsən, Beyləqan, Qazax, Abşeron, Cəbrayıl, Xızı, Şabran,
Sabirabad,
Zəngilan,
Ağstafa, Füzuli rayonlarından fizika və kimya fənlərindən, Samux, Gədəbəy, Ağdam, Qusar, Bərdə rayonlarından fizikadan,
Xaçmaz, Neftçala, Qobustan, Göygöl, Salyan rayonlarından kimyadan, Cəbrayıl, Zərdab, Göygöl, Daşkəsən rayonlarından riyaziyyatdan, Şabran,
Qubadlı
rayonlarından riyaziyyat və biologiyadan, Laçın rayonundan biologiyadan olimpiadanın yekun turunda bir nəfər də iştirakçı olmamışdır. Kəlbəcər və Xocavənd rayonlarının hər birindən isə yalnız 1 nəfər iştirak etmişdir.
Məktəblərin kompyuterlərlə təmin olunmasına baxmayaraq, informatika fənni üzrə olimpiadanın yekun turunda Gəncə, Şirvan,
Naftalan
şəhərlərindən, Abşeron, Xaçmaz, Neftçala, İmişli və Samux rayonları
istisna olunmaqla digər rayonlardan iştirakçı olmamışdır.
Ağsu, Ağdam, Qobustan, Daşkəsən, Qubadlı, Kəlbəcər rayonlarından bir nəfər olsun belə mükafata layiq yer tutmamışdır.
O da müəyyən
edilmişdir ki, I və II rayon (şəhər)
turlarında seçimin
qeyri- obyektiv aparılmasının nəticəsidir
ki, olimpiadanın yekun turunda riyaziyyatdan
Bakı şəhəri
7, 91, 152, 236, 261, 314 nömrəli tam orta məktəblərin,
287 nömrəli Zəkalar
liseyinin, BSU-nun nəzdindəki
məktəb-lisey kompleksinin,
Gəncə şəhəri
17, 27 nömrəli, Ağcabədi
rayonu Hüsülü
kənd tam orta məktəblərinin, Mingəçevir
şəhəri texniki
və humanitar liseyin, fizikadan Bakı şəhəri
3, 285, Gəncə şəhəri
17, 32, Göyçay şəhəri
3, Ağsu şəhəri
1, Laçın rayonu
37, Salyan şəhəri
2, Tərtər şəhəri
2 nömrəli, Hacıqabul
şəhəri 5 nömrəli,
Qobustan rayonu Dərəkənd kənd,
kimyadan Bakı şəhəri 12, 177, 192, 285 nömrəli,
Yevlax rayonu Salamabad kənd tam orta məktəblərinin,
Şəki Azərbaycan-Türkiyə
Özəl, Şirvan
Özəl Türk Liseylərinin bəzi şagirdləri çox aşağı nəticə
göstərərək «0-10»
bal toplamışlar.
Göstərilənləri
nəzərə alaraq
ƏMR
EDİRƏM
1.
Məktəblilərin 2011/2012-ci dərs ilində fənn
olimpiadalarının nəticələri haqqında münsiflər heyətləri
sədrlərinin təqdimatları
nəzərə alınsın.
2.
Fənn olimpiadalarının
yekun turunda Naxçıvan MR-in, Bakı,
Sumqayıt, Şirvan,
Mingəçevir şəhərlərinin,
Şəki, İsmayıllı,
Tovuz, Şəmkir, Zaqatala, Qazax, Şamaxı, Cəlilabad, Quba, Hacıqabul, Siyəzən, Qax, Ucar, Ağdaş, Qəbələ,
Abşeron, Yardımlı,
Kürdəmir, İmişli,
Beyləqan, Balakən,
Göygöl, Salyan, Füzuli, Masallı, Lerik və «Çağ» Öyrətim
İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə
özəl liseyləri
şagirdlərinin uğurlu
nəticələri qeyd
edilsin.
3.
Lənkəran, Ağstafa,
Ağsu, Qobustan, Daşkəsən, Yevlax, Xocavənd, Qubadlı, Kəlbəcər, Bərdə,
Ağdam, Neftçala
rayon təhsil şöbələrinin
fənn olimpiadalarına
hazırlıq sahəsində
lazımi əməli
tədbirlər həyata
keçirmədikləri həmin
rayonların təhsil
şöbə müdirlərinin
nəzərinə çatdırılsın.
4. Naxçıvan
MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə
Şəhər Təhsil
İdarəsi, rayon (şəhər)
təhsil şöbələri,
Nazirlik nəzdindəki
və özəl ümumitəhsil müəssisələrinin
direktorları Nazirliyin
22.12.2011-ci il tarixli,
2154 nömrəli əmri
ilə təsdiq olunmuş 2012-2013-cü illərdə
istedadlı uşaq və gənclərlə iş sahəsində həyata keçiriləcək
tədbirlər üzrə Fəaliyyət
Planında nəzərdə
tutulmuş tədbirlərin
icrasına, istedadlı
şagirdlərin aşkara
çıxarılmasına, onlar üçün səmərəli təhsil
şəraitinin yaradılmasına,
fənn olimpiadalarının
təşkili və keçirilməsinə xüsusi diqqət yetirsinlər.
5.
İqtisadiyyat şöbəsi
(Ş.Əliyev) şagirdlərin
fənn olimpiadalarına
hazırlığında səmərəli
fəaliyyət göstərmiş
və 2012-ci ildə keçirilən
olimpiadalarda şagirdləri
I dərəcəli diploma layiq görülmüş
müəllimlərin hər
birinin 150 (yüz əlli), olimpiadaların keçirilməsi, materialların
hazırlanması, işlərin
yoxlanılmasında xüsusi
əmək sərf edən respublika münsiflər heyəti sədrlərinin
hər birinin 140 ( yüz qırx), məsul katiblərin hər birinin 100 (yüz), üzvlərin hər birinin 70 (yetmiş) manat pul mükafatı
ilə mükafatlandırılmasını
təmin etsin.
7.
İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmrin «Azərbaycan
müəllimi» qəzetində
dərc olunmasını
təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Misir Mərdanov,
Azərbaycan Respublikasının təhsil
naziri
15 may
2012-ci il
Azərbaycan müəllimi.- 2012.- 18 may.- S.2.