İfa
üzrə II Respublika müsabiqəsi
qalibləri yekun konsert
ilə çıxış etdilər
Mayın
15-də Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin
anadan olmasının 89-cu ildönümü
münasibətilə ilk peşə-ixtisas
təhsili şagirdləri və orta ixtisas təhsili müəssisələrinin tələbələri
arasında keçirilmiş ifa üzrə II Respublika
müsabiqəsi qaliblərinin yekun konserti və mükafatlandırılması mərasimi
keçirildi.
Tədbirdə təhsil nazirinin
müavini Qulu Novruzov, BSU-nun rektoru Kamal Abdullayev,
Milli Məclisin deputatları Jalə Əliyeva,
Fuad Muradov, gənclər
və idman nazirinin müavini İntiqam Babayev, Təhsil Nazirliyinin
Tərbiyə və məktəbdənkənar müəssisələr
şöbəsinin müdiri Ağababa İbrahimov və
digər şəxslər iştirak
edirdilər.
Qeyd edək ki,
müsabiqə Təhsil Nazirliyinin 24 oktyabr 2011-ci il tarixli 1696 və 1698 nömrəli əmrlərinə
müvafiq olaraq təşkil
edilib. Müsabiqənin
keçirilməsində məqsəd ilk
peşə-ixtisas təhsili şagirdləri və orta ixtisas təhsili müəssisələri
tələbələrinin ifa mədəniyyətlərini
yüksəltmək, musiqi alətlərində
Azərbaycan bəstəkarlarının əsərləri və
xalq mahnılarının səsləndirilməsi
istiqamətində aparılan işləri daha
da yaxşılaşdırmaq, milli rəqslərimizi yaşatmaq,
xüsusi istedada malik gəncləri üzə
çıxarmaqdan ibarətdir.
Mərasimdə
öncə ümummilli lider
Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən film nümayiş
olundu.
Tədbiri
giriş sözü
ilə açan təhsil nazirinin
müavini Qulu Novruzov ümummilli lider Heydər Əliyevin xalqımız
qarşısındakı misilsiz xidmətlərindən
söz açdı. Belə tədbirlərin
keçirilməsinin gənc ifaçıların gələcək
həyatına müsbət təsir edəcəyinə və
onların bir peşəkar kimi yetişməsində müsbət rolu olacağına ümidvar
olduğunu bildirdi. Regionlarda olan təhsil müəssisələrinin
şagirdləri və tələbələrinin müsabiqəyə
xüsusi maraq göstərdiklərini
bildirən nazir müavini
müsabiqənin 4 mərhələ üzrə keçirildiyini və münsiflər heyəti
tərəfindən qaliblərin müəyyənləşdirildiyini
qeyd etdi. Qalibləri
təbrik edən və onlara gələcək
həyatlarında uğurlar arzulayan Qulu Novruzov müsabiqənin növbəti illərdə
də keçirilərək bir ənənə
halı alacağını bildirdi.
Milli Məclisin deputatları
Jalə Əliyeva, Fuad Muradov,
BSU-nun rektoru Kamal Abdullayev, gənclər
və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək qalibləri
təbrik etdilər.
Müsabiqənin
Respublika mərhələsində I, II,
III yerləri tutan şagird
və tələbələrə Təhsil Nazirliyinin
diplom və hədiyyələri təqdim
olundu.
Qaliblərin
ifasında mahnılar, rəqslər və şeirlər
iştirakçılara xoş ovqat bəxş etdi.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 18 may.- S.2.