BDU-da
Azərbaycan-Koreya məlumat mərkəzinin yenilənməsinə
dair müqavilə imzalanıb
Koreya Milli İnformasiya Cəmiyyətinin
nümayəndələri Bakı Dövlət Universitetində
olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov
Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən
birinin Cənubi Koreya olduğuna
diqqət çəkib, ölkələrarası əlaqələrin
bütün istiqamətlər üzrə inkişaf etməsindən
məmnunluq ifadə edib. Eyni zamanda rektor BDU haqqında məlumat
verib, universitetin beynəlxalq əlaqələrindən, qrant və
proqramlardan danışıb. BDU-da tədris olunan Koreya dili və
ədəbiyyatından söz açan rektor hazırda
dövlət proqramına uyğun olaraq 50 nəfərdən
çox tələbənin Koreyanın müxtəlif
universitetlərində oxuduğunu bildirib.
Qəbul üçün rektora təşəkkür
edən Koreya Milli İnformasiya Cəmiyyətinin
icraçı direktoru Myungha Hong bildirib ki, səfərdə məqsəd
4 il əvvəl BDU-da yaradılmış Azərbaycan-Koreya məlumat
mərkəzinin monitorinqini aparmaqdır. Mərkəzlə
tanış olduqdan sonra qonaqlar mərkəzin kompüter
sisteminin yenilənməsi, videokonfrans və virtual universitetin
yaradılması qərarına gəliblər.
Qonaqların təkliflərini qəbul
edən rektor BDU tərəfindən onlara bütün işlərdə
dəstək veriləcəyini bildirib.
Sonda bütün bu dəyişiklikləri
nəzərdə tutan müqavilə imzalanıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.- 2012.- 25 may.- S.4.