Təhsil naziri Litvanın
ölkəmizdəki səfiri ilə görüşüb
Mayın
23-də təhsil naziri Misir Mərdanov Litva
Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Kestutis Kudzmanas ilə
görüşüb.
Qonağı
səmimi salamlayan Misir Mərdanov Kestutis Kudzmanası Heydər
Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə
göstərdiyi dəstəyə görə
"Qızıl çinar" mükafatı ilə təltif
olunması münasibətilə təbrik edib. İki ölkə
arasında təhsil sahəsi üzrə əlaqələrin
inkişaf perspektivlərinə toxunan nazir ali məktəblər
arasında münasibətlər, Litvanın universitet
rektorlarının ölkəmizə səfərlərinin təşkili
məsələlərindən bəhs edib.
Azərbaycan
və Litva universitetləri arasında tələbə
mübadiləsinin aparılması istiqamətində həyata
keçiriləcək işlərin əhəmiyyətli
olacağını vurğulayan nazir, həmçinin
Litvanın peşə təhsili təcrübəsi ilə
maraqlanıb.
Litva
Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Kestutis
Kudzmanas təhsil naziri Misir Mərdanova səmimi qəbul
üçün minnətdarlığını bildirib. İki
ölkə arasında təhsil
əlaqələrinin
son illər daha
da inkişaf etməsindən söz
açan səfir ölkəsinin ali məktəbləri haqqında
məlumat verib.
Qonaq
Litvada tibb (baytarlıq və əczaçılıq daxil
olmaqla), texnologiya, biofizika, biokimya, lazer texnologiyası, inşaat,
mühəndislik və digər sahələrin xüsusilə
inkişaf etdiyini diqqətə çatdırıb. Ölkələrimiz
arasında tələbə mübadiləsinin genişləndirilməsi
məsələsinə toxunan Kestutis Kudzmanas Litvada elmin
inkişafı sahəsində həyata keçirilən tədbirlərdən
söz açıb. Litva və Azərbaycanın elmi əlaqələr,
alimlərin təcrübə mübadiləsi barədə
fikirlərini bildirən səfir ölkəsində peşə
təhsilinin mövcud durumu barədə məlumat verib.
Azərbaycanda
təhsil sahəsinin sürətli inkişafının
şahidi olduğunu bildirən Kestutis Kudzmanas səmimi qəbul
üçün Misir Mərdanova minnətdarlığını
bildirib və təhsil nazirini Litvaya dəvət edib.
Qonağa
təşəkkürünü bildirən təhsil naziri
iyunun 15-dən 22-dək Litva Respublikasına rəsmi səfərinin
planlaşdırıldığını diqqətə
çatdırıb və səfər zamanı bir sıra məsələlərin
geniş müzakirə olunacağını bildirib.
Daha
sonra görüşdə bir sıra digər məsələlərlə
bağlı müzakirələr aparılıb.
Azərbaycan
müəllimi.- 2012.- 25 may.- S.2.