Orta-ixtisas musiqi məktəblərinin tələbələri arasında gənc ifaçıların Respublika müsabiqəsinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

  

Orta-ixtisas təhsili müəssisələrinin tələbələri arasında tanınmış ictimai xadim, Azərbaycan musiqi sənəti tarixinə parlaq səhifələr yazmış Fikrət Əmirovun əsərlərinin dərindən öyrənilməsini təmin etmək, xüsusi istedada malik gəncləri üzə çıxarmaq məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş gənc ifaçıların Respublika müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (N.Kazımov) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsinlər.

4. Müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin 2012-ci il üçün təsdiq olunmuş xərclər smetası və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasında nəzərdə tutulmuş vəsait çərçivəsində müəyyən olunmuş qaydada təmin edilsin.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin və əlavə ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirsin.

6. Ümumi şöbə (X.Fərəcov) əmr və əlavəni çoxaldıb yerlərə göndərsin.

7. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

18 may 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 25 may.- S.2.