Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin
"Görkəmli Azərbaycan yazıçısı,
şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid
Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında"
10 aprel 2012-ci il tarixli, 2150 nömrəli Sərəncamının
icrasını təmin etmək məqsədilə
ƏMR
EDİRƏM:
1. Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsinə
dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədbirlər
planı təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərləri
tədbirlər planının icrasını təmin etsinlər
və görülmüş işlər haqqında məlumatı
25 noyabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinə
təqdim etsinlər.
3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Ali və
orta ixtisas təhsili (İ.Mustafayev) şöbələri əmrdən
irəli gələn məsələləri həll etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını təmin etsin və tədbirlər planı ilə
birlikdə nazirliyin İnternet səhifəsində
yerləşdirsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr
və tədbirlər planının
çoxaldılıb yerlərə
çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini
Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
21 may
2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 25 may.- S.2.