Məktəblilərin şahmat üzrə Dünya
çempionatının ikincisi
İsmayıl
Şahəliyev 1999-cu il mayın 29-da
Bakı şəhərində anadan olub. Onda şahmata həvəs 4
yaşından babası ilə bu müdrik oyunu oynamaqdan başlayıb. İsmayılın şahmata olan
marağını görən valideynləri 7 yaşından onu 2 nömrəli UGŞİM-nin
baş məşqçisi, idman ustalığına namizəd Valeriy Suselinin rəhbərlik
etdiyi təlim-məşq qrupuna
yazdırıblar. O, hazırda
Bakının Səbail rayonundakı M.Rahim
adına 7 nömrəli tam orta məktəbin VII
sinfində oxuyur, dərs əlaçısıdır.
Çoxlu bədii kitab
oxumağı, şəkil çəkməyi, rəqs etməyi
də sevir. Şahmata
olan sonsuz
marağı isə onu iştirak
etdiyi yarışlarda daha
yüksək nəticələr əldə etməyə
gətirib çıxarıb.
İsmayıl
2007-ci ildə Bilik gününə həsr
olunmuş şahmat
üzrə respublika miqyaslı turnirdə
III yerə, 8 yaşadək oğlanlar
arasında XVIII Bakı kuboku uğrunda açıq turnirdə III yerə, 2008-ci ildə
IX əsr dahi Azərbaycan
şahmatçısı Cəlaləddin Naxçıvaninin
xatirəsinə həsr olunmuş respublika şahmat turnirində
II yerə,
şahmat üzrə UGŞİM-i
arasında keçirilən respublika birinciliyinin zona
yarışlarında II yerə, Azərbaycan Xalq
Cümhuriyyətinin 90 illiyi münasibəti
ilə keçirilən açıq birincilikdə III yerə,
2009-cu ildə UGŞİM-nin yığma
komandalarının respublika birinciliyinin Dəvəçi rayonunda
keçirilən şahmat üzrə
Bakı şəhər birinciliyində I
yerə, 10 yaşadək oğlanlar
arasında respublika çempionatında II
yerə, 2010-cu ildə "Baku-Open"
beynəlxalq şahmat turnirində 12
yaşadək oğlanlar arasında III yerə,
2011-ci ildə şahmat üzrə
Bakı şəhər komanda çempionatında
II yerə, 12 yaşadək oğlanlar
arasında Bakı şəhər çempionatında I yerə
çıxıb. Elə həmin ilin iyun ayında 12 yaşadək oğlanlar
arasında respublika çempionatında I yeri tutaraq Azərbaycan çempionu olub. Dünya birinciliyinə vəsiqə
qazanıb. O, iyul ayında 12 yaşadək
yeniyetmələrin Respublika Şahmat Olimpiadasında II yeri,
həmin ilin avqustunda
isə "Baku-Open 2011" Beynəlxalq şahmat turnirində I yerin
sahibi olub.
Uğurlarının
sayını artırmaqda davam edən
İsmayıl Şahəliyev 2012-ci ilin
martında 14 yaşadək oğlanlar
arasında keçirilən respublika
çempionatında III yerə, apreldə "Gənclik-Open
2012" Beynəlxalq Şahmat turnirində
II yerə çıxıb.
Həmin
ilin aprel və
mayında isə Rumıniyanın Yassi
şəhərində məktəblilərin şahmat
üzrə Dünya çempionatında
14 yaşlı oğlanlar arasında dünya ikincisi olub.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin 2
nömrəli Uşaq Gənclər Şahmat İdman Məktəbinin
yetirməsi olan İsmayıl bundan sonra da
qələbələri ilə Azərbaycanın və doğma məktəblərinin adını ucaltmaq üçün var qüvvəsini əsirgəməyəcəkdir.
İnanırıq
ki, o, şahmat
oyununun sirlərini daha
da dərindən öyrənərək gələcək
yarışlarda dünya birincisi
olacaqdır. Bu çətin və şərəfli
yolda İsmayıl Şahəliyevə biz də uğurlar diləyirik.
Azərbaycan
müəllimi.- 2012.- 2 noyabr.-
S.10.