Müəllim-tələbə
heyəti əsgərlər qarşısında
9
noyabr Dövlət Bayrağı Günü münasibətilə
Naxçıvan Müəllimlər İnstitutunun təhsildə sosial
psixoloji xidmət ixtisasının hərbi
psixologiya üzrə
ixtisaslaşdırılmış tələbələrinin və
professor-müəllim heyətinin Şahbuz
rayon "N" saylı hərbi hissəsində
əsgər və zabitlərlə görüşü
keçirilmişdir.
Görüşdə
ali təhsil ocağının rektoru, professor Oruc Həsənli çıxış edərək
əsgər və zabitləri Dövlət Bayrağı Günü münasibətilə təbrik etmiş, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən
danışmışdır. Qeyd olunmuşdur
ki, ümummilli liderimiz Heydər
Əliyev müstəqil dövlətimizin memarı və qurucusu olmaqla
yanaşı, həm də
qüdrətli Azərbaycan ordusunun
yaradıcısıdır. Ordumuzun müdafiə potensialının
artırılmasını mühüm vəzifə kimi
müəyyənləşdirən ölkə
başçısı, Azərbaycan
Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham
Əliyev tərəfindən də geniş
tədbirlərin həyata keçirilməsi ulu
öndərin təməlini qoyduğu
bu siyasətin
uğurlu davamıdır. Ölkə
başçısının xüsusi
diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş
qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası
möhkəmləndirilmiş, hərbiçilərin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində mühüm addımlar
atılmışdır. Bütün bu məsələləri daim diqqətdə saxlayan Prezident İlham Əliyev ordumuzun daha da güclənməsi
məqsədilə hər il hərbi xərclər
üçün
dövlət büdcəsindən ayrılan
vəsaitlərin
artırılmasını əsas vəzifə kimi qarşıya qoymuşdur.
Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz
edilmiş, Vətənin müdafiəsində
daim hazır vəziyyətdə olan yüksək
nizam-intizama malik
bir ordudur.
Qeyd edilmişdir
ki, ordu quruculuğu sahəsinə göstərilən
qayğını muxtar
respublikamızın
timsalında da görmək olar. Bu gün
ordu ilə xalq yekdildir. Əsgərlərimizin belə
möhkəm, iradəli olmasının əsas səbəbi də məhz budur. Göstərilən qayğının nəticəsidir
ki, doğma
diyarımızda yerləşən
hərbi hissələr daha da möhkəmlənir,
əsgər və zabitlər üçün nümunəvi şərait
yaradılır.
Azərbaycan müəllimi.- 2012.- 9 noyabr.- S.4.