Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 22 oktyabr
2012-ci
il tarixli 244 nömrəli qərarının icrası
haqqında
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
"Dövlət
büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində
çalışan işçilərin yeni
vəzifə maaşlarının və vəzifə
maaşlarına əlavələrin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv
edilməsi barədə" Nazirlər Kabinetinin
22 oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarını elan edirəm:
"Azərbaycan Respublikasinin Nazirlər Kabineti
QƏRAR
¹ 244
Bakı şəhəri, 22 oktyabr 2012-ci il
"Dövlət büdcəsindən maliyyələşdirilən
ali təhsil müəssisələrində çalışan işçilərin
yeni vəzifə maaşlarının və
vəzifə maaşlarına
əlavələrin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv
edilməsi barədə
"Ali təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanının 5.5-ci bəndinə
əsasən Azərbaycan
Respublikasının Nazirlər
Kabineti
QƏRARA
ALIR:
"Dövlət büdcəsindən maliyyələşdirilən
ali təhsil müəssisələrində çalışan işçilərin
yeni vəzifə maaşlarının və
vəzifə maaşlarına
əlavələrin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 9, maddə
858; 2010, ¹ 5, maddə 475) ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət
büdcəsindən maliyyələşdirilən
ali təhsil müəssisələrində çalışan işçilərin
yeni vəzifə maaşlarının və
vəzifə maaşlarına
əlavələrin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv
edilməsi barədə"
Nazirlər Kabinetinin
22 oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarının icrasını
təmin etmək məqsədilə
ƏMR
EDİRƏM:
1.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
"Dövlət büdcəsindən
maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin
yeni vəzifə maaşlarının və
vəzifə maaşlarına
əlavələrin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv
edilməsi barədə"
Nazirlər Kabinetinin
22 oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarı rəhbərlik
və icra üçün qəbul edilsin.
2.
Dövlət ali
təhsil müəssisələrinin
rəhbərlərinə tapşırılsın:
2.1. "Ali təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 10
fevral tarixli Fərmanın icrası olaraq dövlət büdcəsinin vəsaiti
hesabına dövlət
sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı
adambaşına maliyyələşdirmə
prinsipi əsasında
həyata keçirildiyi
üçün rəhbərlik
etdikləri ali təhsil müəssisəsində
çalışan işçilərin
vəzifə maaşlarının
əmək qanunvericiliyinin
və müvafiq normativ-hüquqi aktların
tələbləri gözlənilməklə
sərbəst şəkildə
müəyyən etsinlər;
2.2. işçilərlə
əmək qanunvericiliyinin
tələblərinə uyğun
müqavilələrin bağlanılmasını
təmin etsinlər;
2.3. Qərarın icrasından irəli gələn digər məsələlərin həllini
təmin etsinlər.
3.
Aparatın rəhbərinə
(İ.Pirməmmədov), Ali və orta ixtisas
təhsili şöbəsinə
(İ.Mustafayev) və
İqtisadiyyat şöbəsinə
(Ş.Əliyev) aidiyyəti
üzrə tapşırılsın:
3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət
büdcəsindən maliyyələşdirilən
ali təhsil müəssisələrində çalışan işçilərin
yeni vəzifə maaşlarının və
vəzifə maaşlarına
əlavələrin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv
edilməsi barədə"
Nazirlər Kabinetinin
22 oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarından irəli gələn tapşırıqların
dövlət ali təhsil müəssisələri
tərəfindən vaxtında
icra olunmasına mütəmadi nəzarəti
təmin etsinlər.
4.
İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan
müəllimi" qəzetində
dərc edilməsini və nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin
etsin.
5.
Ümumi şöbə
(X.Fərəcov) əmrin
çoxaldılmasını və dövlət ali təhsil
müəssisələrinə çatdırılmasını təmin etsin.
6.
Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 noyabr 2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.2.