Avropa
çempionu və dünya
ikincisi
Fərid Səlimov 1995-ci
ildə Bakı şəhərində dünyaya
göz açıb. 2002-ci ildə
paytaxtdakı 176 nömrəli tam orta məktəbin birinci
sinfinə qəbul edilib. Hazırda isə
həmin məktəbin XI sinfində oxuyur.
Fəridin idmana olan sonsuz marağı 2007-ci ildə onu Kapoeyra
Federasiyasının birinci vitse-prezidenti
Elmar Bayramovun
yanına gətirib çıxarıb. Elmar
müəllim onun idman
qabiliyyətini yoxladıqdan sonra məşqlərə
gəlməyə icazə verib. Fərid
2-3 ay məşq etdikdən sonra federasiyada keçirilən
seminarda kapoeyra idman növünü
yaxşı mənimsədiyi və fərqləndiyi üçün ona sertifikat təqdim olunub.
Beləliklə də o, Azərbaycan Kapoeyra Federasiyasında məşqçi
müəllimi E.Bayramovun rəhbərliyi
altında məşqlərini davam etdirib.
Kapoeyra
idman növü necə
yaranıb
Fəridlə
tanışlıq zamanı ondan Azərbaycanda
nisbətən az tanınan bu idman növü,
onun yaranma tarixi barədə qısa bir
məlumat verməsini xahiş etdik.
1932-ci
ildə rəsmi Kapoeyra Məktəbi
yaradılır. 1937-ci ildə isə kapoeyra
Braziliya Milli
Konfederasiyası tərəfindən rəsmi bir
döyüş növü
kimi tanınır. Bundan
sonra kapoeyranın nümunəvi döyüş növü
olan idman kapoeyrası
yaranır.
Kapoeyraya kinq-fu,
uşu, boks, cüdo, muay-tay, hətta akrobatika və gimnastikanın əsas elementləri
daxildir. Kapoeyra
çoxşaxəli və sonsuz bir idman növüdür.
Ölkəmizə
isə kapoeyra idman növü Azərbaycan Kapoeyra
Federasiyasının prezidenti, Dünya Kapoeyra İdman Federasiyasının üzvü
Taleh Orucov tərəfindən
gətirilib. O, ilk dəfə məşqlərə
Lənkəran şəhərində başlayıb. Azərbaycan
Kapoeyra Federasiyası isə 2007-ci il dekabrın 24-də yaradılıb.
Bu
oyunun əsas qaydaları
Kapoeyra oyununun
qaydaları barədə söhbət açan
Fərid bildirdi ki, burada əsasən ritm nəzərə
alınır. Adi idman
zalında oyuna başlamaq
üçün idmançılar əvvəlcə
bədənin döyüşə hazırlanması məqsədilə
müxtəlif idman hərəkətləri
edirlər. Sonra yarışacaq komanda üzvləri dairəvi şəkildə
meydanda düzülürlər.
Döyüşəcək iki nəfər
ortaya girir. Ətrafdakı
döyüşçülər berimbau və
atabake alətləri ilə səsləndirilən
musiqi ritmi altında əl
çalır və döyüş
başlanır. Döyüş vaxtı iki dəqiqə yarım olur.
Bu müddət ərzində əl və
ayaq hərəkətləri ilə rəqibə
zərbə vurmaqla çox
xal toplayan döyüşçü başqa
qalib döyüşçü
ilə yarışır. Oyunun finalına
4 döyüşçü
çıxır. Həmin döyüşçülər finalda iki-iki
döyüşürlər. Sonda qalib gələn, çox
xal toplayan birinci yerə çıxır. Qızıl medala, diploma layiq görülür.
Kapoeyra üzrə çempionatlar həvəskar və peşəkarlar
arasında keçirilir. Həvəskar
yarışlarda birinci yeri
tutan idmançılar peşəkar
yarışlara qatılırlar. Peşəkarların turnirində
birinci yeri tutanlar dünya, 2 və
3-cü yeri tutan
idmançılar isə Avropa
çempionatlarına vəsiqə qazanırlar.
"Qızıl medal, kubok, diplom
və hədiyyələr..."
Kapoeyra idman
yarışlarında belə bir qayda da var
ki, əgər sən Azərbaycan çempionu olmusansa, dünya çempionatında iştirak
edə bilərsən. Elə buna görə
də mən 2010-cu il avqustun
19-21-də Braziliyanın Rio-de-Janeyro şəhərində
təşkil olunan kapoeyra
festivalı və dünya
çempionatında iştirak etdim. Komandamız bu
yarışda 5 idmançı ilə iştirak
edirdi. Bu VI Dünya çempionatında mən II yeri tutaraq gümüş
medal qazandım.
2011-ci il mayın 15-də isə Fransanın Paris şəhərində keçirilən
kapoeyraçıların Avropa
çempionatında I yeri tutdum.
Qızıl medal, kubok,
diplom və hədiyyələrə layiq görüldüm.
Onu da deyim ki, Avropa
çempionu olandan sonra elə həmin yarışda komandalar arasında keçirilən
döyüşlərdə iştirak edərək
qalib gəldiyimə görə də əlavə
bir kubok qazandım.
Qazanılan
hər qələbə çəkilən zəhmətin bəhrəsidir
Fərid bu idman növünə üzv
yazılanda indiki Azərbaycan Kapoeyra Federasiyası o zaman
Kontakt Kapoeyra İdman Klubu adlanırdı. O, burada 6 ay
yorulmadan məşqlər edir. Qaydaya görə kəmər
imtahanı verir. 2007-ci il oktyabrın 21-də Bakıda
keçirilən "Sarı kəmər" adlanan
imtahanı uğurla verdiyinə görə ona şəhadətnamə
verilib. 2008-ci ilin mayında Lənkəran şəhərində
keçirilən Azərbaycan Kapoeyra Federasiyasının Azərbaycan
kuboku turnirində "Kamara" komandasının üzvü
olan Fərid Səlimov I yeri tutaraq diploma layiq
görülüb. Turnirin gümüş medalına isə
32,6 xalla, onun daha fəal iştirak etdiyi "Kamara" yiyələnib.
Eyni zamanda 2008-ci ilin mart və oktyabr aylarında keçirilən
kəmər imtahanlarını uğurla verib, yeni şəhadətnamələr
qazanıb. Həmçinin 2009-cu ilin dekabrında keçirilən
kəmər imtahanında ən yüksək kapoeyra texnikası
nümayiş etdirdiyinə görə diploma layiq
görülüb. Elə həmin ilin iyununda Azərbaycan
Kapoeyra Federasiyasının Gəncədə keçirilən
seminar və böyük hoda iştirak etdiyinə görə
ona sertifikat verilib.
2010 və 2011-ci illərdə paytaxtda
keçirilən Bakı çempionatında 15 və 16
yaş qrupları üzrə aparılan kapoeyra yarışlarında I yerə layiq
görülüb.
Daha sonra
Fərid əvvəlcə Azərbaycan çempionatında həvəskar
qruplar arasında I yeri
tutaraq Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin
diplomu ilə təltif olunub.
2011-ci ildə isə respublika
çempionatında peşəkar kapoeyraçılar
arasında birinci yerə çıxaraq
yenə də Gənclər və İdman
Nazirliyinin diplom və
hədiyyələrinə
layiq görülüb.
Göründüyü kimi,
Fərid Səlimovun qazandığı hər bir
qələbə onun gecəli-gündüzlü
çəkdiyi zəhmətin bəhrəsidir. Bu zəhmətsevərlik, əməksevərlik
isə onu daha uca zirvələrə gedən ağ
yolun yolçusuna çevirdi...
Kapoeyraçıların Dünya çempionatı Bakıda
keçiriləcək
Fəridlə
söhbət zamanı onu da
öyrəndik ki, 2013-cü ilin yaz aylarında
kapoeyraçıların Dünya
çempionatı Bakı şəhərində keçiriləcək.
İndi o, bu yarışlara çox
ciddi hazırlaşır.
Biz də inanırıq ki, bu dünya
çempionatında başqa
idmançılarımızla bərabər Fərid Səlimov
da öz qələbələri
ilə bizləri sevindirəcək, ölkəmizdə kapoeyra idman növünün inkişafına öz töhfələrini verəcəkdir.
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.10.