Nicatın arzusu dünya
birincisi olmaqdır
Haqqında
söhbət açmaq istədiyimiz Nicat Niftəliyev
1996-cı ildə Bakıda anadan olub. 2002-ci ildə paytaxtda fəaliyyət
göstərən 264 nömrəli tam orta məktəbin
birinci sinfinə qəbul edilib. IX sinfi bitirdikdən sonra Bakı
Sənaye Pedaqoji Kollecinə qaxil olub. Hazıda həmin kollecin
ikinci kursunda təhsil alır. 2008-ci ildə Bakı şəhəri
8 nömrəli Uşaq-Gənclər
İdman Məktəbinin məşqçi müəllimi,
idman ustası Əbülfəz Məmmədovun təşəbbüsü
ilə Nicat burada velosiped bölməsinə yazılıb. O,
bir il məşq etdikdən sonra Bakıda və rayonlarda
keçirilən velosiped yarışlarında müntəzəm
iştirak etməyə başlayıb.
Nicat
Quba, Qəbələ və Masallı rayonlarında
keçirilən respublika çempionatlarında Azərbaycan
birincisi olub. Medallar, fəxri fərmanlar və diplomlarla təltif
olunub.
2011-ci
ildən isə beynəlxalq yarışlara Türkiyənin
Konya şəhərindən başlayıb. Həmin ilin
aprelində burada "1-ci uluslararası RUMİ cocuq
yarışı"nda dünyanın müxtəlif ölkələrindən
gəlmiş ağır atletika, cüdo, böyük tennis və
başqa idman növləri üzrə yarışlar
keçirilirdi. Eyni zamanda 8 ölkənin iştirak etdiyi
velosiped yarışında UGİM-nin də 4
idmançısı - Nicat Niftəliyev, Elgün Əlizadə,
Zöhrab Məmmədov və Elman İlyasov da var idi. Bu qrup
yürüşündə 60 kilometr məsafə qət edilməli
idi. Yarış Konya şəhərinin mərkəzi
küçəsindən başlayıb. Türkiyənin,
Rumıniyanın, Bolqarıstanın, Moldovanın və
başqa ölkələrin 60-a yaxın seçmə
velosipedçilərinin iştirak etdiyi bu yarışda Nicat
Niftəliyev finiş xəttinə 2-ci çatıb və
gümüş medal qazanıb.
8
nömrəli UGİM-nin direktoru Kamran Qasımovla
görüşümüz zamanı bildirdi ki, velosiped
idmanı üzrə gənclərdən ibarət Azərbaycanın
milli komandası baş məşqçi Əbülfəz Məmmədovun
rəhbərliyi altında 2012-ci il iyulun 9-dan avqustun 20-nə qədər
Avropanın bir sıra şəhərlərində
hazırlıq məşq toplantısı keçirib. Bu səfərdə
əsas məqsəd milli komandamızın Niderlandda təşkil
olunan 48-ci Avropa Velosiped Turunda və avqustda keçirilən
Avropa çempionatında iştirak etməkdən ibarət
olub. Beş nəfərdən ibarət olan milli komandanın tərkibində
8 nömrəli UGİM-nin yetirmələrindən Nicat Niftəliyev,
Elgün Əlizadə və Sirac Hüseynzadə də olub.
İlk
təlim məşq toplantısı Belçikada
keçirilib. Milli komandamız Belçikada olduğu müddətdə
intensiv olaraq məşqlərdə iştirak edib. Onlar velosiped
idmanının həm şose, həm də trek növündə
təcrübələrini artırıblar. Respublikamızda əsasən,
düz və enli şoselərdə velosiped sürməyi
öyrənmiş idmançılarımız
üçün Belçikada keçirilən təlim məşq
hazırlıqları öz vərdiş və
bacarıqlarını artırmağa çox böyük imkanlar
yaradıb.
Kamran
müəllimin sözlərinə görə, milli
komandamız Niderlandda təşkil olunan iki yarışda
uğurla iştirak edib. Niderlandın Assen şəhərində
keçirilən 48-ci Avropa velosiped turunda iştirak edən Azərbaycan
milli komandasının üzvü Nicat Niftəliyev
Kriterium yarışında III
yeri tutaraq bürünc medalla təltif edilib. Həmin
yarışda milli komandanın digər üzvləri ümumi
nəticədə ilk iyirmiliyə düşüblər.
Nicat
hazırda ölkə və beynəlxalq yarışlara
çox ciddi hazırlaşır. Onun ən böyük arzusu
isə velosipedçilər arasında dünya birincisi
olmaqdır. Nicatın məşqçisi Mübariz Məmmədov
da onun bu arzusunun reallığa çevriləcəyinə
inanır.
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.10.