Məktəbdə
yazıçı ilə görüş
Noyabrın
3-də Bakıdakı 190
nömrəli tam orta
məktəbdə
yazıçı-dramaturq, Milli Məclisin
deputatı Hüseynbala
Mirələmovla görüş keçirildi.
Tədbiri giriş sözü
ilə məktəbin direktoru Afət Bakıxanova açaraq qonaqları salamladı. Məktəbin
direktor müavini Qənirə
Əmircanova Hüseynbala Mirələmovun
yaradıcılığı barədə ətraflı
danışdı.
Tədbirdə
akademik Ziyad Səmədzadə
çıxış edərək görüşün
əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki,
Hüseynbala Mirələmov müasir Azərbaycan incilərini bilən
yazıçıdır. Onun
yaradıcılığı özünəməxsus
xüsusiyyətləri ilə fərqlənir.
Milli Məclisin deputatı
Hadı Rəcəbli yazıçı-dramaturq Hüseynbala Mirələmovla bir
sinifdə oxumalarından, hələ o vaxt orta məktəbdə
oxuyarkən yaradıcılıqla məşğul
olmasından söz açdı. Bildirdi ki, Hüseynbala
Mirələmov yazıçı-dramaturq olmaqla
bərabər, həm də millət vəkilidir. Bu gün onun dövlət məmuru kimi geniş bir iş aparması heç
də yazıçının yaradıcılığına
mane olmur, əksinə,
yeni əsərlər üzərində həvəslə
işləyir.
Təbbirdə professorlardan Nizami Cəfərov, Hüseyn
Əsgərov, Nizaməddin Şəmsizadə, Əjdər Ağayev, xalq artisti Nurəddin
Mehdixanlı və başqaları yazıçı-dramaturq Hüseynbala Mirələmovun əsərləri
barəsində öz ürək sözlərini
söylədilər.
Yazıçının
əsərlərindən ibarət
ədəbi kompozisiya göstərildi, şagirdlər şeir
söylədi və rəqs etdilər.
Sonda Hüseynbala
Mirələmov şagirdləri və qonaqları
maraqlandıran suallara cavab
verərək görüşü
təşkil edən şəxslərə öz
minnətdarlığını bildirdi.
Tədbir
diskussiya şəklində başa çatdı.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 16 noyabr.- S.11.