Beynəlxalq müsabiqələr
qalibi
Son illər istedad
və bacarıqları ilə seçilən, müxtəlif
beynəlxalq müsabiqə və
festivallarda iştirak edərək mütəmadi olaraq uğurlar qazanan uşaq, yeniyetmə və gənclərimizin
sayı durmadan artır və bizi sevindirir. Onların səsi dünyanın ən mötəbər
müsabiqələrində eşidilir.
Qazanılan hər bir qələbə isə onların gələcək sənət
yollarına işıq saçır. Xüsusilə
istedadlı uşaqlara
dövlət tərəfindən diqqət və qayğı daim artır.
Belə
istedadlı yeniyetmələrdən
biri də Jalə Eldəniz qızı
Mayılovadır. O, 2000-ci ildə
Bakıda anadan olub.
Uşaqlıqdan musiqiyə maraq göstərən
Jalənin valideynləri onu Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinə
gətirirlər. Müsabiqə yolu ilə əməkdar müəllim Tamilla Məmmədovanın
sinfinə daxil olur, fortepianonun sirlərinə dərindən yiyələnməyə
çalışır və ilk gündən müəllimlərinin
etimadını doğruldur. Yaşının az olmasına baxmayaraq, bir sıra uğurlara imza atan Jalə 2010-cu ildə
Polşanın ölkəmizdəki səfirliyinin təşəbbüsü
ilə keçirilən Şopen müsabiqəsində iştirak
edərək diplomla
mükafatlandırılıb. 2011-ci ildə Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə keçirilən VIII Respublika baxış-müsabiqəsində I, eyni zamanda bu
ilin aprelində
Gənclər və İdman Nazirliyi ilə İSESKO-nun
dəstəyi, "Kainat" Gənclik mərkəzinin
və Bakı Musiqi Akademiyasının təşkilatçılığı
ilə keçirilən İslam dünyası gənclərinin 20 yaşadək
klassik musiqi ifaçılarının I beynəlxalq
müsabiqəsində I yerə
sahib çıxıb. J.Mayılova Yuri Başmetin rəhbərliyi ilə Rusiyanın Samara vilayətində təşkil olunan
Uşaq Musiqi
Akademiyasında Rostislav
Krimerdən ustad dərsləri alıb, məharətli
çıxışına görə fərqlənərək qala konsertdə iştirak
etmək hüququ qazanıb, diplom və kuboka layiq görülüb. Jalə bu il Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə keçirilən gənc
pianoçuların II Respublika müsabiqəsinin də laureatı olub. İyulda isə Jalə
Mayılova daha bir qələbəyə
imza atıb. Almaniyanın Münhen şəhərində keçirilən
"Münhen ulduzları" müsabiqəsində həm solo, həm
də ansambl nominasiyalarında
qızıl medala layiq
görülüb. 2012-ci ilin
sentyabrında o, Ukraynada
keçirilən X beynəlxalq musiqi müsabiqəsində "İndividualis"
laureat adını qazanıb.
Müsabiqənin prezidenti və münsiflər
heyəti tərəfindən Jaləyə ünvanlanan məktubda
onun xüsusi
ustalıqla əsərlərinin ifaçısı olduğu
vurğulayıb və müəllimi
Tamilla Məmmədovaya təşəkkür
ifadə olunub. Növbəti uğuru isə 2012-ci ildə
Macarıstanın Budapeşt şəhərində
keçirilən II festival müsabiqədə
olub. Belə ki,
Böyük Britaniya,
Macarıstan, Azərbaycan, Rusiya, Ukrayna, Yaponiyadan
istedadlı uşaqların qatıldığı "Budapeştin ulduzları - gənclik, ilham, istedad" və noyabrda "Macar
oyunları" XIV Beynəlxalq
festival-müsabiqədə həm
solo fortepiano, həm də
ansambl nominasiyalarında 4 birincilikdə 2 qızıl medal
və mükafatla vətənə dönüb. Macarıstandan Jaləyə yanvar ayında Polşada konsert vermək təklifi olunub.
Qeyd edək
ki, bu nailiyyətlərin
qazanılmasında müəllimi Tamilla Məmmədovaya
təşəkkürünü bildirən Jalə gələcəkdə
respublikamızın ən nüfuzlu səhnələrində
solist pianoçu kimi uğurla çıxış edəcəyini
vurğuladı. Bildirdi ki,
Azərbaycan və dünya bəstəkarlarının
mahnılarının ifaçısına çevriləcək
və həm də oxuduğu 81 nömrəli məktəbin
adını həmişə ucaldacaq.
Sifai SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.11.