Orta
ixtisas musiqi məktəblərinin
tələbələri arasında gənc
ifaçıların Respublika müsabiqəsi
20-22 noyabr 2012-ci il tarixlərində
görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun
anadan olmasının 90 illiyinə həsr olunmuş orta ixtisas
musiqi məktəblərinin tələbələri
arasında gənc ifaçıların Respublika müsabiqəsi
keçirilmişdir.
Müsabiqənin
açılışı noyabrın 20-də Azərbaycan
Milli Konservatoriyası nəzdində Musiqi Kollecində oldu.
Açılış mərasimində Təhsil Nazirliyinin Tərbiyə
və məktəbdənkənar müəssisələrlə
iş şöbəsinin müdiri Ağababa İbrahimov, Təhsil
Nazirliyinin baş məsləhətçisi Ənvər
İmanov, aparıcı məsləhətçisi Təranə
Aslanova, orta ixtisas məktəblərinin direktorları,
tanınmış sənətçilər, kollecin müəllim
və tələbə kollektivlərinin nümayəndələri
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə
açan Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi,
professor Nazim Kazımov zala toplaşanları salamlayıb,
onları Azərbaycanın musiqi mədəniyyəti tarixinə
görkəmli bəstəkarlar, musiqiçilər bəxş
etmiş 114 yaşlı bu tədris ocağında görməsindən
məmnunluq duyduğunu bildirdi. Müsabiqənin görkəmli
Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ və
Azərbaycan Respublikası Dövlət mükafatları
laureatı, tanınmış ictimai xadim, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Fikrət Əmirovun
90 illik yubileyinə həsr olunduğunu deyən N.Kazımov Azərbaycan
musiqisinin inkişafında və təbliğində F.Əmirovun
rolu və misilsiz xidmətlərindən
söz açdı, onun nəinki Azərbaycanda, ölkəmizin
sərhədlərindən kənarda da böyük
şöhrət tapdığını bildirdi.
Muğamlarımızın sinfonikləşdirilməsi sahəsində
Fikrət Əmirovun fəaliyyətini xüsusilə diqqətə
çatdıran N.Kazımov qeyd etdi ki, musiqiçi ailəsindən
çıxmış böyük bəstəkar eyni zamanda
yaxşı ifaçı idi, gözəl tar çalırdı.
Nazim Kazımov
çıxışında gənc ifaçıların
Respublika müsabiqəsi haqqında da məlumat verərək
onun Azərbaycan Respublikasının Prezidenti möhtərəm
İlham Əliyev cənablarının "Fikrət Əmirovun
90 illik yubileyinin keçirilməsi haqqında" 6 fevral
2012-ci il tarixli sərəncamının icrası ilə
bağlı Təhsil Nazirliyinin 1 mart 2012-ci il tarixli əmri ilə
təsdiq olunmuş tədbirlər planına və nazirliyin 18
may 2012-ci il tarixli əmrinə əsasən keçirildiyini
bildirdi. Qeyd olundu ki, Fikrət Əmirovun əsərlərinin
orta ixtisas musiqi məktəblərinin tələbələri
tərəfindən dərindən öyrənilməsini təmin
etmək və xüsusi istedada malik gəncləri üzə
çıxarmaq məqsədi ilə keçirilən
müsabiqə iki mərhələdən ibarət olmaqla
"İnstrumental ifaçılıq" və "Xalq
çalğı alətləri" nominasiyaları üzrə
təşkil olunub.
Müsabiqənin ilk - kollecdaxili mərhələsi
bu ilin may-iyun aylarında keçirilib. Nəticədə 10
orta ixtisas məktəbi üzrə 60-dək
iştirakçı II - Respublika mərhələsinə vəsiqə
qazanıb. Müsabiqənin yekun mərhələsinin məhz
həmin tələbələr arasında keçiriləcəyini,
proqrama digər bəstəkarların əsərləri ilə
yanaşı Fikrət Əmirovun
da əsərlərinin daxil edildiyini söyləyən Nazim
Kazımov tələbələrin ifalarını dinləyib,
qiymətləndirmək üçün hər iki nominasiya
üzrə münsiflər heyətinin
yaradıldığını söylədi, münsiflər
heyətinin tərkibi ilə mərasim
iştirakçılarını tanış etdi. Qeyd olundu
ki, instrumental ifaçılıq üzrə münsiflər
heyətinə əməkdar artist, professor Hidayət
Hüseynov, əməkdar müəllim, professor Məmməd
Quliyev və təcrübəli müəllim Diana Zəkiyeva,
xalq çalğı alətləri üzrə münsiflər
heyətinə isə xalq artisti, görkəmli tarzən,
professor Ağasəlim Abdullayev, əməkdar artist, dosent Zakir
Mirzəyev və baş müəllim Adıgözəl Əliyev
daxildirlər.
Professor Nazim Kazımov
çıxışının sonunda bu ilin oktyabrında Macarıstanın
paytaxtı Budapeştdə keçirilən XI Beynəlxalq
festival-müsabiqədə III yeri tutaraq laureat adını
almış tələbələri Həmidə Ağasoya
diplom təqdim edib, onu təbrik etdi və ifa müsabiqəsinin
iştirakçılarına uğurlar arzuladı.
Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələrlə
iş şöbəsinin müdiri Ağababa İbrahimov mərasimdə
çıxış edərək
iştirakçıları Təhsil Nazirliyinin adından
salamladı, əslində hər biri qalib olan müsabiqə
iştirakçılarına qarşıdakı sınaqdan da
uğurla çıxmalarını arzuladı.
Fikrət Əmirovu zəmanəmizin
böyük bəstəkarlarından biri kimi dəyərləndirən
A.İbrahimov onun 90 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan Prezidentinin xüsusi sərəncam
imzaladığını, həmin sərəncamın
icrası ilə əlaqədar Təhsil Nazirliyinin də
üzərinə müəyyən
vəzifələr düşdüyünü və buna
görə də nazirlik tərəfindən F.Əmirovun 90
illik yubileyinin keçirilməsinə dair tədbirlər
planı hazırlanıb təsdiq edildiyini, orta ixtisas musiqi məktəblərinin
tələbələri arasında respublika ifa müsabiqəsinin
də həmin plana uyğun olaraq nazirliyin əmri ilə
keçirildiyini diqqətə çatdırdı və tədbirin
əhəmiyyətini qeyd etdi.
A.İbrahimov ölkə Prezidenti
İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın Azərbaycan
musiqisinin inkişafına, görkəmli musiqi xadimlərinə
göstərdikləri diqqət və qayğını,
musiqimizin dünyada təbliği yönündəki xidmətlərini
yüksək qiymətləndirdi, gənc ifaçılara hər
yerdə musiqimizi ləyaqətlə təmsil etməyi
tövsiyə etdi.
Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili
şöbəsinin baş mütəxəssisi Ənvər
İmanov təbrik nitqində dövlətimizin mədəniyyət
xadimlərinə qayğısından söz açdı, F.Əmirovun
dünya şöhrəti qazanmış əsərlərindən
bəhs etdi, müsabiqə iştirakçılarına
uğurlar arzuladı.
Sonra Musiqi Kollecinin müəllimi Sevda
Mütəllimova Fikrət Əmirovun həyat və
yaradıcılığı haqqında məruzə etdi. Məruzədə
F.Əmirovun əsərlərinin milli zəminə dərin
köklərlə bağlı olduğu vurğulandı, bəstəkarın
çoxsaylı əsərlərinin məziyyətlərindən
söz açıldı.
Açılış mərasimi Azərbaycan
Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin, Gəncə
Musiqi Kollecinin istedadlı tələbələrinin
ifasında konsert proqramı ilə davam etdi.
Həmin gün və noyabrın 21-də
müsabiqə iştirakçılarının ifaları
münsiflər heyətləri tərəfindən dinlənilib
qiymətləndirildi.
Noyabrın 22-də Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının böyük
zalında müsabiqənin bağlanışına və
qaliblərin mükafatlandırılmasına həsr
olunmuş mərasim keçirildi. Mərasimdə qaliblərin
adları elan olundu. Məlum oldu ki, müsabiqənin müvafiq
nominasiyaları üzrə Azərbaycan Milli Konservatoriyası
nəzdində Musiqi Kollecinin tələbələri
İsmayıl İsazadə, Leyla Əhmədbəyova, Roza Həsənova,
Aysel Şahbazlı, Aysel Rzayeva (fortepiano), Rəhim Xudaverdiyev
(klarnet), Alina Dmitriyeva (fleyta), Turanə İsayeva (truba),
Toğrul Əlili (skripka), Tahir Əmrahov (tar), Arifə Lətifzadə
(qanun), Sübhan Köçərlinski (qarmon), Bakı Humanitar
Kollecinin tələbəsi Sabir Quluzadə (qarmon), Sumqayıt
Musiqi Kollecinin tələbələri Tural Süleymanov, Lalə
Ağayeva (fortepiano), Məhərrəməli
Əlişanov (tar), Emil Ağayev (qarmon), Zaur Rzayev (tar), Arzuman
Səfərli (qarmon), Gəncə Musiqi Kollecinin tələbələri
Gülay Tağıyeva (fortepiano), Bayram Üzeyirov (tar), Şəki
Musiqi Kollecinin tələbəsi Türkan Məmmədli
(fortepiano), Astara Pedaqoji Kollecinin tələbəsi Raul
Ağayev (kamança), Şuşa Humanitar Kollecinin tələbəsi
Nicat Həsənli (tar), Şuşa Musiqi Kollecinin tələbəsi
Yusif Bədəlov (fortepiano) qalib hesab olunublar. Bakı Humanitar
Kollecinin IV kurs tələbəsi Sabir Quluzadənin qarmon və
Astara Pedaqoji Kollecinin III kurs tələbəsi Raul Ağayevin
kamançada mahir ifaları münsiflər heyəti tərəfindən
xüsusi qeyd olundu.
Mərasimdə çıxış edənlər
müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib
qalibləri təbrik etdilər. Onlara Təhsil Nazirliyinin
diplomları və qiymətli hədiyyələr təqdim
olundu.
Mərasim yekun konsert proqramı ilə
başa çatdı.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.10.