Voleybolçu qızlar Bakı turnirində birinci yeri tutublar
Bakı şəhərindəki
15 nömrəli Uşaq-Gənclər
İdman Məktəbi
1977-ci ildən fəaliyyət
göstərir. Burada voleybol, basketbol, üzgüçülük,
şahmat və futbol bölmələri
var. Bir qədər ətraflı söhbət
açmaq istədiyimiz
voleybol bölməsində
162 şagird bu idman növünün sirlərinə baş məşqçi Tatyana Karijovanın
rəhbərliyi altında
yiyələnir.
Müxtəlif yaş qrupları üzrə yaradılmış
voleybol komandasının
üzvləri rayon, şəhər
və respublika yarışlarında iştirak
edərək qələbələr
qazanırlar. Onlar ötən
ilin aprel-may aylarında 1997-1998-ci illər
təvəllüdlü qızlar
arasında keçirilən
IV Respublika oyunlarının
zona final yarışlarında
və 15-16 noyabr tarixlərində Azərbaycan
Respublikasının Dövlət
müstəqilliyinin bərpasının
iyirmi illiyinə həsr olunmuş VI Spartakiada yarışlarında
I yeri tutaraq diplomlarla təltif olunublar. 2012-ci ilin
20-25 mart tarixlərində isə
1998-1999-cu il təvəllüdlü qızlar
arasında keçirilən
VIII Respublika oyunlarının
zona final yarışlarında
onlar II yeri tutaraq diplom və hədiyyələrlə
mükafatlandırılıblar.
Bu günlərdə
15 nömrəli UGİM-in direktoru
Cəmil Fətullayevdən
aldığımız məlumatda bildirilir ki, Azərbaycan Voleybol Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu il 2-6 noyabr tarixlərində
voleybol üzrə
1998-1999-cu illər təvəllüdlü
qızlar arasında Bakı şəhər açıq turniri keçirib. Bu turnirin
keçirilməsində əsas
məqsəd ölkəmizdə
2012-ci ilin "İdman
ili" kimi qeyd olunması, voleybol idman növünün təbliği
və inkişaf etdirilməsi, xarici ölkələrin idmançıları
arasında ikitərəfli
əlaqələrin genişləndirilməsi
və idmançıların
ustalıq səviyyəsinin
artırılmasıdır. 9 komandanın iştirak
etdiyi bu yarış Azərbaycan Voleybol Federasiyasının
zalında dairəvi sistem üzrə keçirilib.
Noyabrın 6-da başa çatan turnirdə 15 nömrəli
UGİM, Sumqayıt, Qax,
Xətai, Lokomativ, Sabunçu, Suraxanı, Nəqliyyat və Azərreyl komandaları iştirak edib.
Ümumilikdə 9 komanda 3 yarımqrupda mübarizə
aparıb. 15 nömrəli UGİM və
Lokomativ I yerə,
Sumqayıt II, Azərreyl
komandası isə III
yerə layiq görülüb.
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.10.