Respublika müsabiqəsinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 29 mart  2012-ci il tarixli, 2112 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2012-ci il "İdman ili" elan edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 aprel 2012-ci il tarixli 651 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın 3-cü bəndinin icrasını təmin etmək, "İdman ili"ndə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idmanşahmat məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndirmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. 2012-ci təqvim ilinin yekunlarına əsasən uşaq-gənclər idmanşahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında aşağıdakı nominasiyalar üzrə respublika müsabiqəsi keçirilsin:

- ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi;

- ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi;

- şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi;

- şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi;

- kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi;

- kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi;

- oğlanlar arasında ilin ən yaxşı idmançısı;

- qızlar arasında ilin ən yaxşı idmançısı;    

- oğlanlar arasında ilin ən yaxşı şahmatçısı;

- qızlar arasında ilin ən yaxşı şahmatçısı; 

- idman məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi;

- şahmat məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi.

2. Respublika müsabiqəsinin "İlin ən yaxşı uşaq-gənclər idman məktəbi", "İlin ən yaxşı məşqçi-müəllimi" və "İlin ən yaxşı idmançısı" nominasiyaları üzrə məlumat formaları və həmin nominasiyalar üzrə qiymətləndirmə cədvəli təsdiq edilsin (əlavə olunur). 

3. Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri), Təhsil Nazirliyinin birbaşa tabeliyində olan uşaq-gənclər idmanşahmat məktəbləri bu əmrdən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı müvafiq tədbirlər görsünlər, respublika   müsabiqəsinə təqdim ediləcək idmançı, məşqçi-müəllim və məktəblər haqqında  məlumatların 5 dekabr 2012-ci il tarixinədək nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə şöbəsinə çatdırılmasını təmin etsinlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkil edilməsi üçün müvafiq tədbirlərin görülməsini və yerli təhsil orqanlarına köməklik göstərilməsini təmin etsin.

5. Müsabiqənin respublika mərhələsinə 2012-ci ilin dekabr ayında yekun vurulsun.

6. Ümumi şöbə (X.Fərəcov) bu  əmrin əlavələrlə birlikdə çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.

8. Əmrin icrasına nəzarət nazir müavini  Q.Novruzova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

19 noyabr 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 23 noyabr.- S.3.