Ali
təhsil ocağının nümayəndə heyəti Kars
Qafqaz Universitetində
Naxçıvan
Müəllimlər İnstitutunun professor-müəllim heyətinin
bir qrupu Türkiyə Respublikasının Kars Qafqaz
Universitetində olub. Səfər zamanı institutun rektoru,
professor Oruc Həsənli
çıxışında bildirmişdir ki,
Naxçıvan Müəllimlər İnstitutu ölkəmizin
inkişafına, dövlətçiliyimizin qorunub
saxlanılmasına, ona sədaqətlə qulluq edəcək,
ixtisaslarına layiqincə yiyələnəcək,
xalqına, millətinə daim ürəkdən bağlı
olacaq vətənpərvər
mütəxəssislər yetişdirməyi özünün
təməl prinsipləri hesab
edir.
Bunun
üçün daim çalışır, müasirləşən
dünyada yeni tədris proqramlarından, təlim-tərbiyə
prinsiplərindən istifadə
edir. Qeyd edək ki, səfər zamanı tədrisdə və
işgüzar münasibətlərin qurulmasında
qarşılıqlı maraqlara əsaslanan on üç maddədən
ibarət protokol imzalanmışdır. Protokolda iki qardaş
ölkəni təmsil edən ali təhsil ocaqları
arasında əməkdaşlığın geniş istiqamətləri
öz əksini tapmışdır.
Məlumat üçün deyək ki,
imzalanmış protokola əsasən Naxçıvan Müəllimlər
İnstitutu ilə Kars Qafqaz Universiteti müəllim, tələbə,
nəşr materialları, təhsil standartları üzrə
məlumatların mübadiləsi, tədrisin
planlaşdırılması və strateji inkişaf məsələlərində
məsləhətləşmələr, yüksək peşə
təhsilinin qurulmasına yardım sahələrində
yaxından əməkdaşlıq edəcəkdir.
Naxçıvan Müəllimlər
İnstitutunun Mətbuat xidməti
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.4.