ADPU-da
Müasir Təlim Texnologiyaları Təlim
və Resurs Mərkəzinin təqdimatı
oldu
Noyabrın
21-də Azərbaycan Dövlət Pedaqoji
Universitetində Müasir Təlim Texnologiyaları Təlim və Resurs
Mərkəzinin təqdimatı və həmin mərkəzdə
aparılmış təlimlərin yekunlarına həsr olunmuş tədbir
keçirildi. Tədbirdə ADPU-nun əməkdaşları, Təhsil Nazirliyinin
şöbə müdirləri və YUNİSEF-in
Azərbaycan nümayəndəliyinin səlahiyyətli şəxsləri iştirak
edirdilər.
Tədbiri
giriş sözü
ilə AMEA-nın müxbir üzvü, ADPU-nun rektoru, professor Yusif Məmmədov
açaraq Müasir Təlim Texnologiyaları Təlim və
Resurs Mərkəzinin fəaliyyəti barədə
qısa məlumat verdi.
Müasir Təlim Texnologiyaları
Təlim və Resurs Mərkəzinin rəhbəri
Fəxrəddin Yusifov mərkəzin kurikulum islahatlarının səmərəliliyinin
artırılmasına dəstək məqsədilə
yaradıldığını bildirdi. Mərkəzdə
müəllimlərin müasir təlim
texnologiyaları ilə bağlı hərtərəfli biliklərə
yiyələndiklərini söyləyən F.Yusifov
artıq 137 nəfər müəllimin fəal təlim
kurslarından keçdiyini
vurğuladı.
Tədbirdə
iştirak edən YUNİSEF-in
Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard yeni
yaradılmış mərkəzin fəaliyyətini yüksək
qiymətləndirdi. O, YUNİSEF-in mərkəzin
texniki təchizatına köməklik
göstərdiyini tədbir iştirakçılarının
nəzərinə çatdırdı.
Təhsil
naziri Misir Mərdanov
öncə ADPU-da fəaliyyət göstərən
Müasir Təlim Texnologiyaları Təlim
və Resurs Mərkəzi ilə
tanışlığından məmnunluğunu ifadə etdi. Mərkəzdə yaradılmış
şərait və imkanlar haqqında
fikirlərini bildirən nazir Azərbaycanda
müstəqillik illərində digər istiqamətlərdə
olduğu kimi, təhsil
sahəsində də ciddi uğurlar
qazanıldığını söylədi.
Müəllim
hazırlığı ilə məşğul olan ali məktəblərin
işinin günün
tələbləri səviyyəsində təşkili üçün həyata keçiriləcək
zəruri tədbirlərə diqqət çəkən nazir bu təhsil ocaqlarında
çalışan müəllimlərin orta
məktəblərdə gedən
proseslərlə daha yaxından
tanış olmasının vacibliyindən söz
açdı.
Təhsil
naziri ADPU-nun müəllim
hazırlığı sahəsində zəngin təcrübəsi
olduğunu bildirərək burada təhsil alan tələbələrin
müəllim kimi hərtərəfli
hazırlıq keçməsinin zəruriliyini qeyd
etdi.
Misir Mərdanov, həmçinin
digər ali məktəblərdə də
müvafiq mərkəzlərin
yaradılmasının əhəmiyyətindən bəhs etdi.
Daha sonra Müasir Təlim Texnologiyaları Təlim və
Resurs Mərkəzində fəal təlim
kurslarını bitirmiş bir qrup müəllimə sertifikatlar təqdim olundu.
Tədbirdə
TPİ-nin direktor müavini, Kurikulum Mərkəzinin
direktoru Ənvər Abbasov
və digər şəxslər də çıxış
etdilər.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 23 noyabr.- S.4.