III respublika
muğam müsabiqəsinin keçirilməsi
barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Respublika muğam
ifaçılarının Beynəlxalq Muğam Festivalında
iştirakını təmin etmək, istedadlı muğam
ifaçılarını üzə çıxarmaq məqsədilə
ƏMR
EDİRƏM:
1. III respublika muğam müsabiqəsi vokal və
instrumental musiqi nominasiyaları üzrə 2013-cü ilin 15
fevral tarixində Bakı şəhərində
keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsi
(əlavə 1) və münsiflər heyətinin tərkibləri
(əlavə 2) təsdiq olunsun.
3. Qaliblərin seçilməsi Azərbaycan Milli
Konservatoriyasına (S.Kərimi) və Azərbaycan Milli
Konservatoriyası nəzdində Musiqi Kollecinə (N.Kazımov)
tapşırılsın.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə
iş şöbəsi (A.İbrahimov) müsabiqənin
yüksək səviyyədə keçirilməsi
üçün lazımi təşkilati işləri həyata
keçirsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) təsdiq
edilmiş xərclər smetasına uyğun olaraq müsabiqənin
keçirilməsi ilə bağlı xərclərin ödənilməsini
təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc edilməsini və əsasnamə ilə
birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini
təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini
Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri
27 noyabr 2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 30 noyabr.- S.2.