Musiqi
müəllimləri təlim kurslarından nə öyrəndilər
Məlum olduğu
kimi, Təhsil Nazirliyinin
25 may 2012-ci il tarixli əmrinə uyğun
olaraq bu il respublikanın dövlət ümumtəhsil
məktəblərinin V siniflərində dərs deyəcək
müəllimlər üçün iyun-sentyabr ayları ərzində 60 saatlıq
təlim kursları keçirilmişdir.
Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihənin "Pedaqoji
kadrların ixtisasartırma təhsilinin müasirləşdirilməsi"
2-ci komponentinin icra
planına əsasən təşkil olunmuş
kurslarda məqsəd müəllimlərin yeni fənn kurikulumlarının tətbiqi sahəsində
nəzəri və praktik
hazırlığını təmin etmək idi. İxtisasartırma
təhsilinin 2-ci modulu üzrə
keçirilən və "Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və
fəal təlim" adlanan kurslarda mən də təlimçi kimi iştirak edirdim. 4 ay ərzində
müxtəlif vaxtlarda Bakının Xətai,
Nizami, Nəsimi, Binəqədi, Nərimanov rayonlarının, eləcə də
Abşeron rayonunun Qobu, Saray və Hökməli
qəsəbələrinin, İsmayıllı rayonunun
şəhər və kənd məktəblərinin müəllimləri
üçün təşkil olunan kurslarda mən musiqi fənni üzrə məşğələləri
aparırdım.
Öncə
onu deyim ki, bu kurslar
müəllimlər üçün çox faydalı oldu. 10 günlük kurs müddətində
müəllimlər fənn kurikulumlarının strukturu, məzmunu, müasir
kurikulumlar və yeni təlim
strategiyaları, ümumtəhsil sistemində yeni
qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni dərsliklərlə və əlavə resurslarla işin xüsusiyyətləri, dərsin
planlaşdırılması və təşkili, qiymətləndirmə
vasitələrinin hazırlanması üzrə nəzəri
məlumatlar aldılar, praktik bacarıqlara
yiyələndilər. Onlara məlum oldu ki, yeni
kurikulumun təlim-tərbiyə prosesində
böyük faydası var.
Kurikulumun şəxsiyyətyönümlülük,
şagirdyönümlülük, nəticəyönümlülük
xarakteri, prinsipləri şagirdlərin təlimin
mərkəzində olmasını tələb edir. Fəal, interaktiv təlim
üsulları şagirdin idrakı fəallığını
təmin edir.
Belə
ümumi məsələlərlə
yanaşı musiqi müəllimləri öz fənləri üzrə yeni kurikulumların konkret
məqsəd və vəzifələri, prinsipləri, musiqi dərslərinin fərqli xüsusiyyətləri
ilə də yaxından tanış oldular.
Bu qənaətə gəldilər ki, musiqi fənn kurikulumu əvvəlki proqramlardan
bir sıra üstünlüyə malikdir. Kurikulumda ümumi orta
təhsil pilləsində musiqi təliminin
məqsəd və vəzifələri aydın qeyd olunaraq göstərilmişdir
ki, kurikulum şagirdlərin
cəmiyyətdə incəsənətin rolunu
dərk etmələrini, onların bədii zövqünü,
musiqi üzrə bacarıq və vərdişlərinin
inkişafını, fəal dinləyici kimi
yetişmələrini, mənəvi aləminin zənginləşdirilməsini
nəzərdə tutur.
Ümumi orta təhsil
pilləsində şagirdlərin ibtidai məktəbdə
musiqi növlərinin forma,
janr, üslub və
ifadə vasitələri, xalqımızın musiqi
tarixi haqqında aldıqları məlumatlar,
mahnı oxumaq, rəqs etmək və s. kimi musiqi-estetik
fəaliyyətlə bağlı yiyələndikləri ən
sadə və ilkin bacarıqlar daha da dərinləşdirilir
və inkişaf etdirilir,
onlarda bədii zövq,
estetik mədəniyyət, milli və ümumbəşəri musiqi nümunələrinə maraq,
yaradıcılığa meyl, mücərrəd
və obrazlı təfəkkür, əməksevərlik kimi keyfiyyətlər
formalaşdırılır, onlar milli musiqi tariximizin ən
vacib məqamları, görkəmli musiqiçilər,
aşıq musiqisi, muğamlarımız,
dünya musiqi mədəniyyətinin
geniş yayılmış nümunələri
ilə tanış edilirlər. Şagirdlər imkanları, arzu və istəkləri nəzərə
alınmaqla ifaçılığa cəlb olunurlar.
Kurikulumda bütün
siniflər üzrə musiqi təliminin məzmun
xətləri musiqi aləmi, emosional dəyərləndirmə, musiqi fəaliyyəti olmaqla
müəyyənləşdirilib. Məzmun xətləri standartlara əsasən həyata keçirilir. Standartlar əsas
standartlar və alt-standartlar
olaraq iki hissəyə
bölünür. Əsas standartların
funksiyaları məzmun xətləri üzrə təlim nəticələrini
ümumi göstərir və summativ qiymətləndirmənin
aparılmasını təmin edir. Alt-standartlar təlim məqsədlərinin dəqiqliyini,
təlim strategiyalarının düzgün
seçilməsini, inteqrativliyi və təlimin
məzmununun konsentrik əsasda inkişafını
təmin edir.
Musiqi aləmi məzmun xətti
bilavasitə ifası və dinlənilməsi zəruri
sayılan musiqi nümunələrinin, musiqi savadı, bəstəkar
yaradıcılıqları, geniş
yayılmış milli və bəşəri
musiqi əsərləri, müxtəlif musiqi alətləri və musiqi
kollektivləri, görkəmli musiqiçilər haqqında bilikləri və bunlarla bağlı bacarıqları əhatə
edir. Emosional dəyərləndirmə
musiqi əsərlərinin mahiyyətcə
qavranılmasında, şagirdlərin mənəvi aləminin
zənginləşdirilməsində, onlarda
incə hiss və duyğuların
yaranmasında mühüm rol
oynayır. Emosional bacarıqlar, habelə
şagirdlərdə təhlil, müqayisə, qiymətləndirmə
keyfiyyətlərinin yaranmasına kömək edir.
Musiqi fəaliyyəti məzmun
xətti isə tədris prosesində mənimsənilmiş
biliklərin tətbiq vasitəsi ilə fəal bacarıqlara
çevrilməsini, şagirdlərdə yaradıcılıq
qabiliyyətlərinin üzə
çıxarılmasını təmin edir.
Mahnı oxumaq, musiqi
dinləmə, musiqi alətlərində çalmaq və s. bu məzmun xəttinin əsası hesab olunur.
Məhz
kurslarda bu istiqamətlərdə
alınmış biliklər, əldə olunmuş
bacarıqlar musiqi müəllimlərinə
kurikulumun tətbiqində böyük
kömək göstərir. Onlar hər üç məzmun xətti üzrə təlim
nəticələrinə nail olmaq üçün dərslərini
yaradıcı qurur, fəal təlim
metodlarından geniş istifadə edirlər.
Kəmalə
HƏŞİMOVA,
Bakıdakı
249 nömrəli tam
orta məktəbin
musiqi müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 30 noyabr.- S.6.