Pedaqogikanın aktual problemlərinə
həsr olunmuş konfrans
Naxçıvan Dövlət Universitetində
"Ümumi orta təhsilin müasir problemləri" mövzusunda
beynəlxalq elmi konfrans keçirildi. Azərbaycan Respublikası Təhsil
Problemləri İnstitutu, Naxçıvan Müəllimlər
İnstitutu ilə birgə təşkil olunmuş konfransı
NDU-nun rektoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanda,
o cümlədən Naxçıvan Muxtar Respublikasında təhsilin
inkişafına göstərilən diqqət və
qayğıdan danışdı. Qeyd olundu ki, konfrans modern təhsil
sisteminin inkişafı, təhsilin ayrı-ayrı sahələrinin
əlaqələndirilməsi, yeni elmi metodologiyanın tətbiqi,
mövcud problemlərin araşdırılması və həlli
baxımından əhəmiyyət kəsb edir.
Konfransın plenar iclasında Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə elmlər doktoru, professor Oruc Həsənli "Naxçıvan Muxtar Respublikası məktəblərində psixoloji xidmət: nailiyyətlər və perspektivlər", Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Firudin Qurbanov "Turizm sahəsi üzrə kadr hazırlığı", pedaqogika üzrə elmlər doktoru, professor Fərahim Sadıqov "Şihabəddin Yəhya Sührəvərdinin tərbiyəvi fikirləri", Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov "Yeni kurikulumlar və təhsil sahəsində qiymətləndirmə", pedaqogika üzrə elmlər doktoru Hümeyr Əhmədov "Azərbaycan universitetlərinin ümumavropa təhsil və elm məkanına inteqrasiya prosesləri modernləşdirmənin tələbləri kontekstində" movzularında məruzələr etdilər. Məruzələrdə pedaqogika və psixologiyanın aktual problemlərindən, bu sahədəki elmi yeniliklərdən, dünya təcrübəsində özünü doğrultmuş modern metodlardan, milli mənəvi dəyərlərə əsaslanan ənənəvi tərbiyə üsullarından bəhs olundu.
Bölmə iclaslarından sonra konfransa yekun vuruldu. Xatırladaq ki, beynəlxalq
elmi konfransın materialları ayrıca kitab şəklində nəşr olunmuşdur.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Azərbaycan müəllimi.-
2012.- 30 noyabr.- S.4.