BDU-da
"Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri" mövzusunda tədbir keçirilib
Oktyabrın 2-də Bakı Dövlət
Universitetində (BDU) "Qloballaşma şəraitində elm
və təhsil sahəsində inteqrasiya prosesləri"
mövzusunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki,
Böyük Britaniya, Misir, Latviya Qırğızıstan və
digər ölkələrdən olan nümayəndələrin,
alim və mütəxəssislərin, təhsil işçilərinin,
tələbələrin iştirak etdikləri tədbirdə
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
bildirmişdir ki, böyük Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi
münasibətilə ölkəmizdə keçirilən mərasimlərə
dünyanın müxtəlif ölkələrindən
çoxlu sayda qonaqlar qatılmışlar. Onlardan bir neçəsi
BDU-da keçirilən bu tədbirdə də iştirak edir.
Müasir dünyada
elmin, təhsilin mühüm
rolundan danışan rektor
ulu öndər Heydər Əliyevin bu sahəyə daim böyük önəm verdiyini,
müdrik şəxsiyyətin
ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini
vurğulamışdır.
Bakı
Dövlət Universitetində təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən,
qazanılan nailiyyətlərdən bəhs edən akademik A.Məhərrəmov BDU-nun
beynəlxalq əlaqələrinin genişləndiyini də
diqqətə çatdırmışdır.
Müasir qloballaşma
şəraitində təhsilimizin dünya
təhsil sisteminə inteqrasiya olunduğunu deyən rektor
Azərbaycan Prezidenti İlham
Əliyevin "Qara qızılı insan kapitalına çevirmək" kəlamını
xatırlatmışdır.
Akademik A.Məhərrəmov BDU-nun elm və təhsil
sahəsində inteqrasiya prosesində
iştirakından, bu sahədə əldə
edilən uğurlu nəticələrdən
də danışmışdır.
Latviyanın
sabiq prezidenti, BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının vitse-prezidenti
Vaira Vike-Freiberga elm, təhsil sahəsində inteqrasiya
prosesləri və müvafiq sahənin
inkişafı ilə bağlı fikirlərini söyləmişdir.
Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru, BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə səfiri
İsmayıl Seragəldin, Qırğız
Respublikasının sabiq prezidenti
Roza Otunbayeva, YUNESKO və
Beynəlxalq Telekommunikasiya Birliyinin
komissarı, St Galan və
Lugano universitetlərinin professoru
Valter Füst elm, təhsil sahəsində əlaqələrin
genişləndirilməsinin, təcrübə mübadilələrinin
aparılmasının əhəmiyyətindən bəhs
etmişlər.
Böyük Britaniyanın Oksford Universiteti Linkoln Kollecinin rəhbəri
Baronessa Susan Greenfield müasir dünyada yeni elmi nailiyyətlərin, texnologiyaların rolundan, elmin, təhsilin tərəqqisi
üçün bütün
imkanların yaradılmasının vacibliyindən
danışmışdır.
Sonra BDU ilə İsgəndəriyyə
Kitabxanası arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Qonaqlar Bakı Dövlət Universitetinin laboratoriyaları,
tədris şəraiti
ilə tanış
olmuşlar.
Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.3.