Xarici
ölkə vətəndaşlarında Naxçıvan Dövlət Universitetində təhsil almağa maraq artır
Naxçıvan Dövlət Universitetində bakalavr pilləsinin hazırlıq
kursunda dinləyici qismində təhsil alacaq xarici ölkə
vətəndaşları ilə
görüş keçirildi.
Görüşdə universitetin
rektoru, akademik İsa Həbibbəyli çıxış edərək
ali məktəbə
builki qəbulun nəticələri, yeni açılan ixtisaslar, tədrisin və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində
görülən işlər
haqqında danışdı.
Qeyd olundu ki, Naxçıvan
Dövlət Universitetində
dünya elm, təhsil
sisteminə inteqrasiya,
modern təhsil sisteminin
tətbiqi məqsədilə
beynəlxalq əməkdaşlığın
inkişafına, elmi əməkdaşlığa, xüsusilə
də tələbə
mübadiləsinə böyük
əhəmiyyət verilir.
Beynəlxalq layihələr
və universitetlərarası
müqavilələr çərçivəsində
ali məktəbin
bakalavr və magistrantlarından bir neçəsi dünyanın
müxtəlif universitetlərində
ali təhsillərini davam etdirir. Bir nəfər aspirant isə
İspaniyanın Santyaqo
şəhərində Santyaqo
De Kompostella Universitetində
doktorantura təhsili alır. Universitetdə dünyanın 10 ölkəsindən
- Türkiyə Cümhuriyyətindən,
İran İslam Respublikasından, Cənubi
Koreya, Nigeriya, Banqladeş respubikalarından
və digər ölkələrdən 282 tələbə
ali təhsil alır. Rektor, yeni tədris
ilindən bakalavr pilləsinin hazırlıq
kursunda oxuyacaq xarici ölkə vətəndaşlarına uğurlar
dilədi, onların üzərinə düşən
vəzifələrdən danışdı.
Xarici tələbələrlə
iş üzrə dekan, filologiya üzrə fəlsəfə
doktoru, dosent Xanəli Kərimli müxtəlif ölkələrdən
NDU-da ali təhsil almağa böyük maraq yarandığını bildirərək
bu il 59 nəfərin universitetin bakalavr pilləsinin hazırlıq kursunda oxuyacaqları barədə
məlumat verdi. Qeyd olundu ki,
hazırlıq kursunun
dinləyiciləri olacaq
Türkiyə Cümhuriyyətinin,
İran İslam Respublikasının, Banqladeş
Xalq Respublikasının
vətəndaşları memarlıq,
beynəlxalq münasibətlər,
əczaçılıq, stomatologiya,
musiqi, ingilis dili, rus dili
müəllimliyi ixtisasları
üzrə təhsil alacaqlar.
Türkiyə Cümhuriyyətinin vətəndaşı,
hazırlıq kursunun
musiqi müəllimliyi
ixtisası üzrə
dinləyicisi Bilal Ərdoğan, İran İslam Respublikasının
vətəndaşı, hazırlıq
kursunun əczaçılıq
ixtisası üzrə
dinləyicisi Amin Riazina, Banqladeş Xalq Respublikasının vətəndaşı, hazırlıq
kursunun beynəlxalq münasibətlər ixtisası
üzrə dinləyicisi
Atiqur Majumber çıxış edərək
bu ali məktəbi
seçmələrindən, muxtar respublika haqqında ilk təəssüratlarından
söz açdılar.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə
doktoru, dosent Surə Seyid onlara təhsildə uğurlar arzuladı.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.4.