Əməyimizə verilən
qiymət bizi sevindirir
Ölkəmizdə
digər sahələrdə olduğu kimi, təhsildə də əsaslı islahatlar gedir. Təhsil sisteminin
informasiyalaşdırılması, kurikulumların, təhsil
standartlarının, pedaqoji
texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının
uğurlu tətbiqi, təhsilin kompüterləşdirilməsi,
dünya təcrübəsindən, innovasiyalardan yaradıcı şəkildə
bəhrələnmək Azərbaycanda təhsilin bütün mərhələlərində və
pillələrində uğurlu nəticələrin
ələ edilməsinə imkan vermişdir.
Ölkəmizdə
son on ildə böyük nailiyyətlər
qazanılmışdır. Həm təhsil
müəssisələrində iş
şəraiti qat-qat
yaxşılaşdırılmış, təhsil müəssisələrinin
tikintisi, əsaslı təmiri və yenidən
qurulması, zəruri avadanlıqlarla təmin olunması, istilik sisteminin qaydaya salınması, həm də pedaqoji peşə sahiblərinin, müəllimlərin
maddi və mənəvi baxımdan həvəsləndirilməsi
ənənəyə çevrilmişdir.
Artıq neçə illərdir ki, hər il "Ən
yaxşı ümumi təhsil müəssisəsi"
və "Ən yaxşı müəllim" müsabiqələri
keçirilir, qalib məktəblər
və müəllimlər mükafatlandırılır.
Hər
il neçə-neçə məktəb,
uşaq bağçası tikilir, yaxud əsaslı təmir
edilərək yenidən qurulur. Ötən
il 167 yeni məktəb
binası inşa edilmiş,
bütövlükdə isə son illər
2200-dən çox məktəb binası
tikilmiş və təmir edilmişdir. Belə faktlar
saysız-hesabsızdır.
Təhsil
sahəsində uğurlarımız təsadüfi deyildir. Bu məsələyə
dövlət səviyyəsində böyük
diqqət yetirilir. Ölkə Prezidenti cənab İlham Əliyev,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva daim
təhsilimizə qayğı göstərirlər.
Müəllim
günü ərəfəsində bir qrup təhsil
işçisinə "Əməkdar müəllim" fəxri
adı verilmişdir. Onların arasında
mən də varam. "Əməkdar
müəllim" fəxrı adına layiq
görülməyim özümün və
ailəmin böyük sevincinə səbəb
olmuş, bayram
ovqatımızı daha da
yüksəltmişdir. Bu mükafat bizim
əməyimizə verilən böyük
qiymətdir, bizi daha
yaxşı işləməyə, fəaliyyət göstərməyə
ruhlandırır. Əməyimə verilən yüksək
qiymətə görə ölkə Prezidenti
cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.
Akif ABBASOV,
Azərbaycan Respublikası Təhsil
Problemləri İnstitutunun elmi katibi,
pedaqogika üzrə elmlər doktoru,
professor
Azərbaycan
müəllimi.- 2012.- 5 oktyabr.- S.5.