190 nömrəli məktəbdə
işləmək mənim üçün
böyük fəxrdir
Mən
2006-2010-cu illərdə ADPU-nun riyaziyyat fakültəsində riyaziyyat-informatika
ixtisası üzrə təhsil
almışam. Daha sonra
informatika ixtisası üzrə
magistraturanın əyani şöbəsinə daxil olmuş və bu il həmin universiteti bitirmişəm. Universiteti
bitirdikdən dərhal sonra Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu
ilə bağlı keçirəcəyi müsabiqədə iştirak etməyi qərara aldım, elektron ərizə
formasını doldurdum. İyulun
27-də keçirilən imtahanda uğurlu nəticə əldə etdim.
İmtahan
çox obyektiv
və şəffaf şəraitdə keçirildi.
Mən 34,13 balla siyahıda ilk yerdə yazdığım Səbail
rayon O.Mirzəyev adına 190 nömrəli
orta məktəbə qəbul olundum. Bu məktəb barəsində
əvvəllər çox xoş sözlər eşitmişdim.
Azərbaycan maarifinin incilərindən sayılan Sona xanım Tağıyevanın qurmuş olduğu və
60 ilə yaxın rəhbərlik
etdiyi bir məktəbə
işə qəbul olunmaq mənim üçün bir fəxr
idi. Həmçinin məktəbin
hazırkı direktoru, respublikanin
əməkdar müəllimi Afət xanım Bakıxanova ilə
ilk tanışlığımızda
seçimimdə yanılmadığımı başa düşdüm.
Məktəbdə məni elan olunmuş vakansiyadakı dərs saatları ilə
tam təmin etdilər.
Məktəbə mənimlə eyni
zamanda müsabiqə yolu
ilə bir neçə müəllim də
qəbul olunmuşdur. Məktəbin direktoru və direktor
müavinlərinin bizə olan xoş münasibəti məktəb
haqqındakı müsbət fikirlərimizi daha
da artırdı.
Hazırda I, IV,
VI, IX, X, XI siniflərdə informatika
fənnini tədris edirəm. Mən və digər müsabiqə yolu ilə qəbul olunmuş müəllimlər
bizə bu cür şərait yaratdıqları üçün
Təhsil Nazirliyinə
minnətdarlığımızı bildiririk. Biz fəxr
edirik ki, respublikanın ən zəngin tarixi ənənələri olan
təhsil ocağına
- 190 nömrəli məktəbə
işə qəbul olunmuşuq. Mən həmçinin bir daha öz adımdan və digər təzə qəbul olunmuş müəllimlər
adından O.Mirzəyev
adına 190 nömrəli
orta məktəbin direktoru Afət Bakıxanovaya və məktəbin kollektivinə
göstərdikləri isti
münasibətə görə təşəkkürümü bildirirəm.
Afaq MURADOVA,
Bakı şəhər O.Mirzəyev adına
190 nömrəli tam orta məktəbin
informatika müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 5 oktyabr.- S.5.