Müəllim
adının ucalığı
Üç həftəyə
yaxındır ki, yeni
dərs ili başlayıb. Ölkəmizin
bütün təhsil ocaqları, pedaqoji kollektivləri kimi biz də yeni dərs ilinə
son illər təhsilimizdə gedən
islahatları daha da dərinləşdirmək,
əldə olunmuş uğurları
artırmaq əzmi ilə başlamışıq. Uğurlarımız
isə az deyildir və
peşə bayramımızı qeyd etdiyimiz bu günlərdə
onların bəzilərini xatırlatmaq, zənn edirəm ki, bayram
ovqatımızı yüksəltmək, yeni
dərs ilinə hansı əhvali-ruhiyyə ilə
başladığımızı nümayiş
etdirmək baxımından faydalı olardı.
Məktəb-liseyimiz
2007-2008-ci dərs ilində keçirilən "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində
iştirak edərək ilk
50 qalib məktəb sırasında olmuşdur.
Son illər 3 müəllimimiz
möhtərəm Prezidentimizin sərəncamı
ilə "Əməkdar müəllim" fəxri adına,
3 müəllim isə "Tərəqqi" medalına layiq görülmüş,
4 nəfər "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuşdur.
Bu il məzunların
ali məktəblərə
qəbulu üzrə də tədris ocağımız
yüksək nəticə göstərmişdir. Qəbul
imtahanlarında 15 məzunumuz 500-dən, 3 məzunumuz isə
600-dən yüksək bal toplamış,
11 yetirməmiz xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olunmuşdur. 6 məzunumuz Prezident
təqaüdçüsüdür. Respublika
fənn olimpiadasının yekun turunda 2 şagirdimiz mükafata layiq II və
III yerləri tutmuşdur.
Bu günlərdə isə
kollektivimizi daha bir uğurumuzun xəbəri
sevindirmişdir. Beynəlxalq Müəllimlər
Günü ərəfəsində
ölkə başçısının sərəncamı
ilə bir qrup müəllimlə
bərabər mənə də "Əməkdar müəllim"
fəxri adı verilmişdir.
Müəllim
adı, ulu öndərimizin qeyd etdiyi kimi,
yer üzündə ən şərəfli
addır. "Əməkdar müəllim" fəxri
adına layiq görülmək isə
müəllim adının fövqünə ucalmaq
deməkdir. Mən bu adı
almağım münasibəti ilə təhsilimizin
inkişafına həmişə yüksək diqqət və
qayğı göstərən möhtərəm Prezidentimiz İlham Əliyev
cənablarına bütün kollektivimiz adından dərin təşəkkür
və minnətdarlığımı bildirirəm. "Əməkdar
müəllim" adını almaq
mənə böyük şərəf gətirdiyi
kimi, məsuliyyətimi də artıracaq
və təhsilin inkişafında daha böyük uğurlar qazanmağa sövq edəcəkdir.
Möhtərəm Prezidentimizin
Azərbaycan Respublikasının gündən-günə inkişaf edib
sivilizasiyalı dövlətlərlə bir
cərgədə olması üçün
atdığı hər bir addımı dəstəkləyib,
bu işdə üzərimə
düşən vəzifənin öhdəsindən layiqincə
gəlməyə çalışacağam.
Yaqut
SADIQOVA,
Bakıdakı
83 nömrəli məktəb-liseyin
direktoru,
əməkdar
müəllim
Azərbaycan
müəllimi.- 2012.- 5 oktyabr.- S.5.