Bayram sevincimi artıran fəxri ad

 

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixi dünyanın 100-dən çox ölkəsinin müəllimləri özlərinin peşə bayramı kimi qeyd edirlər. Beynəlxalq Müəllimlər günü artıq neçə illərdir ki, müstəqil ölkəmizdə də təntənə ilə bayram edilirbu münasibətlə təhsil işçilərinin böyük bir qrupu təhsilin cəmiyyətdəki mühüm rolunu, müəllimin şərəfli əməyini yüksək qiymətləndirən möhtərəm Prezidentimiz tərəfindən fəxri adlarla, ordenmedallarla təltif olunur.

Bu il belə oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2012-ci il tarixli sərəncamları ilə 120 nəfərdən çox təhsil işçisi Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına "Tərəqqi" medalına layiq görüldü.

Sevinirəm ki, fəxri ad alanların siyahısında mənim adım var. Yüksək mükafata layiq görülməyim peşə bayramımız ərəfəsində sevincimə sevinc qatıb. Təhsilimizə, təhsil işçilərinə göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm. Bu həm rəhbərlik etdiyim pedaqoji kollektivin əməyinə verilən yüksək qiymətdir. Məktəbimiz isə bu qiymətə layiqdir.

Belə ki, Bakı şəhəri Səbail rayonu 236 nömrəli tam orta məktəb son illər yüksək nailiyyətlər əldə edib. 2010-cu ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibləri sırasında olmuşuq. 2 nəfər müəllimimiz "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüş, 1 nəfər müəllimimiz "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. Artıq 3 ildir ki, hər il məzunlarımızdan 1 nəfər Prezident təqaüdünə layiq görülür. 2011-2012-ci dərs ilində 1 nəfər məzunumuz qızıl medal almış 692 balla BDU-nun hüquq fakültəsinə daxil olmuşdur.

Bütün sahələr kimi təhsil sahəsi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqət mərkəzindədir. Məhz bu qayğı sayəsində respublikamızda son illərdə tikilən təmir olunan məktəblərin sayı ildən-ilə artır.

Məktəbimiz 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı surətdə yenidən qurulmuş avadanlıqlarla təmin olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əsaslı təmirdən sonra məktəbin açılışında iştirak etmiş, pedaqoji kollektivə uğurlar arzulamışdır. Bundan əlavə, məktəbimizdə 640 yerlik əlavə tədris korpusu tikilmişdir.

Bütün bunlar bizi sevindirir daha yaxşı çalışmağa ruhlandırır. Fürsətdən istifadə edib bu bayram günündə çoxminlik həmkarımı, ölkəmizin bütün təhsil ictimaiyyətini təbrik edirəm.

 

 

Xanlar İMAMƏLİYEV,

Bakıdakı 236 nömrəli tam

orta məktəbin direktoru,

əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.5.