Yüksək təhsil işıqlı gələcəyə aparan yoldur

   

11 dekabr 1980-ci ildə Qafan rayonunda dünyaya göz açmışam. 1988-ci ildən Bakı şəhərində yaşayıram. 1997-ci ildə paytaxtdakı 250 nömrəli tam orta məktəbi "əla" qiymətlərlə bitirmişəm. Sonra X.Rəfibəyli adına 2 nömrəli tibb texnikumunda təhsil almışam. 2005-ci ildə BDU-nin fizika fakültəsini bakalavr dərəcəsi, "Fizika" ixtisası, 2007-ci ildə isə magistr dərəcəsi "Kvant elektronikası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm. Bu illər ərzində elmi işçi, hazırlıq kurslarında müəllim kimi bir sıra fəaliyyətlərim olub.

2009-cu ilin yanvarında AMEA-nın Fizika İnstitutuna əyani aspirantkiçik elmi işçi kimi qəbul olundum və 2011-ci ilin dekabrında aspiranturanı bitirdim. Ailə vəziyyətimlə əlaqədar bir il işsiz qaldım. İşə ehtiyacımın olduğu vaxtda bacım Jalə Təhsil Nazirliyinin müsabiqə yolu ilə müəllimlərin işə qəbulunu həyata keçirdiyini, bu haqda İnternetdə məlumat yerləşdirildiyini, sənəd qəbulunun 15 iyul 2012-ci il tarixinədək olduğunu xəbər verdi. Sevindim. Vaxt itirmədən saytda yerləşdirilən "elektron ərizə forması"nı doldurdum, vakant yerləri seçərkən birinci sırada yaşadığım Nizami rayonunda yerləşən 227 nömrəli tam orta məktəbi qeyd elədim. Beş gün sonra İnternetlə müsabiqəyə buraxıldığım, test imtahanının keçiriləcəyi yertarix haqqında məlumat əldə etdim. 26 iyulda imtahan verdim. 35 sualdan 33-nü cavablandırdım və imtahanın sonunda kompüter ekranında 33 sualdan 29-nun doğru olduğu işıqlandı. Nəticəyə görə keçid balını keçmişdim. Və tezliklə imtahanın nəticələri məlum oldu - mən elə birinci qeyd etdiyim vakant yerə qəbul olunmuşdum. Müsabiqənin birinciikinci hissələri üzrə yekun qiymətləndirmədə 30,08 bal topladığım göstərilirdi. Sənədlərimi toplayaraq 5 avqustda müsabiqənin üçüncü mərhələsindən - müsabiqə komissiyasının təsdiqindən keçdim.

Nəzərə alsaq ki, bu proqram təhsilin səviyyəsinin yüksəldilməsi, savadlı müəllimlərin işlə təmin olunması üçün həyata keçirilir, onda qeyri-obyektivliyin olacağına dair heç bir şübhə olmamalı idi. Üstəlik təhsil aldığım müddətdə indiyədək keçdiyim bu qədər imtahanlarda qeyri-obyektiv hallara rast gəlmədiyimə görə şübhələnməyə heç bir əsas yox idi. Lakin bütün bunlara baxmayaraq, içimdə kiçikolsa bir narahatlıq var idi. Amma imtahanın keçirilmə şəraiti, səliqəsi, dəqiqliyi və nəticələri bu narahatlıqları da aradan qaldırdı.

4 sentyabr tarixində sənədlərimi toplayıb 227 nömrəli məktəbə gələrək, direktor Sarı Məmmədova müraciət etdim. Sarı müəllim məni çox səmimi qarşıladı və məktəbdə aparılan tədris prosesi haqqında məlumat verdi. Sentyabrın 17-si dərs günü məktəbə gəldim. Məktəbin səliqəsi, təmizliyi, şagirdlərin geyimi məni çox qane etdi. Direktor müavinləri Gülnarə müəllim və İradə müəllim sənəd məsələlərində və məktəblə tanışlıqda mənə yaxından kömək etdilər. Məktəbin müəllim kollektivi bir-bir mənimlə tanış olaraq yeni işimdə müvəffəqiyyətlər arzuladılar. Burada özümü qətiyyən yad kimi hiss etmədim, sanki əvvəldən burada işləyirəm. Vakansiyada göstərilən 12 saat dərs yükü ilə təmin olundum.

Sevinirəm ki, ölkəmiz günü-gündən inkişaf edir, təhsilin səviyyəsinin yüksəldilməsi, savadlı kadrların işlə təmin olunması üçün geniş tədbirlər həyata keçirilir. Bütün bunlara görə ölkəmizin Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. 

 

 

Ofeliya  İBRAHİMOVA,

Bakıdakı 227 nömrəli tam orta

məktəbin fizika müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.5.