"Şagirdlərimi öz doğma balam kimi sevirəm"

  

  "İnsanlar təbiətinə görə heç bir şeyi başqasına vermək istəmirlər. Onlar təkcə bir şeyi - öz biliklərini başqalarına verməyə hərisdirlər. Bilik elə bir şeydir ki, başqalarına bağışlanılmasa, onun sahibi dərdə düşər, ömrü qüssə kədər içində keçər".

Görkəmli mütəfəkkirimiz Mirzə Fətəli Axundzadəyə məxsus olan bu dahiyanə deyimi təsadüfi  yazımın  epiloqu seçmədim. Çünki   haqqında danışacağım Vəzifə Nağıyevanın müəllimlik fəaliyyəti yuxarıdakı  fikirlə tamamilə  uyğunluq təşkil edir.

Vəzifə Nağıyeva ADPU-nun ibtidai təhsilin pedaqogikası metodikası fakültəsini bitirdikdən sonra   Bakıdakı 276 nömrəli tam orta məktəbdə sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb. O, 20 ildir ki, öz biliyini  Vətənimizin xoşbəxt gələcəyinin təminatçısı olan uşaqlara öyrədir.

Vəzifə müəllimin II "c" sinfində oxuyan şagirdlərinin çoxu dərs əlaçısıdır.Onlardan Aytac, Vaqif Aydanın adlarını isə  xüsusi qeyd etmək olar. Bütün bunlar özünün dediyi kimi, uzun illərin zəhməti tədris etdiyi fənni  sevməsidir.

O deyir ki, mən şagirdlərimə öz fənnimi tədris edərkən onlara yalnız müəllim kimi yox, həm bir valideyn  kimi yaxınlaşıram. Ona görə  onlar oxuduqları məktəbi bitirdikdən sonra  da məktəbə gəlir   mənimlə  əlaqə saxlamağı heç vaxt   unutmurlar.

V.Nağıyeva  müəllimlik fəaliyyətinə yaradıcılıqla  yanaşan təcrübəli pedaqoqdur desək, heç yanılmarıq. O, bildirdi ki, indiki proqramlar əvvəlki proqramlardan xeyli fərqlənir. Dərslərimi Milli Kurikulumun tələbləri  səviyyəsində qurur, interaktiv təlim metodlarından bacarıqla  istifadə edirəm.

Bu gün Vəzifə Nağıyeva   yaxşı müəllim olmaqla   bərabər, həm gözəl ailə başçısıdır. Övladlarının hamısı ali təhsil alıb. Qızı Fidan   elə anasının sənətini seçib. O da Bakı  İdarəetmə Texnologiya Kollecində müəllim işləyir.

Bəli, şagirdlərinin sevimlisi olan Vəzifə müəllimi  xoşbəxt müəllimlərdən biri hesab edə bilərik. Çünki  onu dərs dediyi şagirdlər, işlədiyi kollektiv   valideynlər çox sevirlər.

Söhbət zamanı Vəzifə müəllim onu da əlavə etdi ki,  hər il işlədiyim məktəbdən   ali məktəbə qəbul olanlar sırasında   dərs dediyim şagirdlərim olanda sevincimin həddi  olmur. Fikirləşirəm  ki, çəkdiyim zəhmət hədər getməyib, bu uğurların qazanılmasında  mənim payım var .

Hər il olduğu kimi,  bu günlərdə onu  müəllimlər günü münasibətilə təbrik edənlər arasında şagirdlərindən Azərbaycan Texniki Universitetində oxuyan Nigar Qədirzadə, BDU-dakı təhsilini Təhsil Nazirliyinin xətti ilə Kanadada davam etdirən Məhəmməd İsmayılzadə başqaları da  var idi.

Biz belə bir əlamətdar gün - 5 Oktyabr Beynəlxalq Müəllimlər  Günü münasibətilə  Vəzifə müəllimi təbrik edir ona bundan sonrakı  pedaqoji fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.6.