Təşəkkür elan
edilməsi barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
04-05
oktyabr 2012-ci il tarixlərində Bakı şəhərində
keçirilmiş II Bakı Beynəlxalq Humanitar Forumda
qloballaşmaqda olan dünyanın reallıqlarını nəzərə
almaqla humanitar problemlər, perspektivlər və
çağırışlar muzakirə edilmiş, təbiət,
iqtisad və humanitar elmləri, mədəni elitanı təmsil
edən Forumun təşkilatçıları gələcəkdə
beynəlxalq miqyasda nəzərə alınması vacib olan
yeni humanitar gündəliyin formalaşması məsələsini
qarşıya qoymuşlar.
Forum
çərçivəsində plenar iclasın, bir neçə
istiqamətlər üzrə "dəyirmi masa"ların təşkilində
və keçirilməsində Azərbaycan Dövlət
İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor
Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin
rektoru, AMEA-nın həqiqi üzvü Abel Məhərrəmov,
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir
üzvü Kamal Abdullayev, Azərbaycan Dillər Universitetinin
beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə
Qəribova yaxından iştirak etmişlər. Onlar Foruma dəvət
olunan bir çox xarici qonaqları, o cümlədən xarici
ölkələrin keçmiş prezidentləri, Nobel
mükafatı laureatları ilə öz universitetlərində
görüşlər keçirmiş, onlara fəxri adlar və
Azərbaycanı təcəssüm etdirən qiymətli hədiyyələr
vermişlər.
II
Bakı Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə
keçirilməsində aktiv fəaliyyətlərini nəzərə
alaraq
ƏMR EDİRƏM:
1. Aşağıda
adları çəkilən universitetlərin rəhbər
işçilərinə Təhsil Nazirliyinin təşəkkürü
elan edilsin:
Məhərrəmov
Abel Məmmədəli oğlu
- Bakı Dövlət Universitetinin rektoru;
Hacıyev
Şəmsəddin Hümmət oğlu - Azərbaycan Dövlət
İqtisad Universitetinin rektoru;
Abdullayev Kamal Mehdi oğlu - Bakı Slavyan
Universitetinin rektoru;
Qəribova Jalə Əhməd qızı
- Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektoru
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri
11
oktyabr 2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 12 oktyabr.- S.2.