Beynəlxalq humanitar forum çərçivəsində
videokonfrans
Beynəlxalq
Humanitar Forum çərçivəsində
Bakıda səfərdə olan Amerika astrofiziki,
ABŞ-ın Massaçusets Texnologiya Universitetinin məzunu,
Kaliforniya və Paris
universitetlərinin professoru, Nobel mükafatı laureatı George
Fitzgerald Smootun
Naxçıvan Dövlət Universitetinin
müəllim və tələbələri ilə online görüşü
oldu.
AMEA İnformasiya
Texnologiyaları İnstitutu ilə
videobağlantı nəticəsində reallaşan
görüşdə universitetin rektoru, akademik İsa Həbibbəyli məşhur alimi salamlayaraq Nobel mükafatının bəşəriyyətin
ən böyük intellektual
zənginliklərini əks etdirən bir mükafat olduğunu
xatırlatdı. Universitet haqqında ətraflı
məlumat verən rektor bildirdi ki,
dünyanın aparıcı təhsil ocaqları ilə, o cümlədən Amerika
universitetləri ilə əməkdaşlıq edən bu ali məktəb dəqiq
elmlər üzrə mütəxəssislərin yetişməsi,
nanotexnologiya və innovasiyaların tətbiqi,
distant təhsil, virtual
əlaqələr istiqamətində əhəmiyyətli
uğurlar qazanıb.
AMEA
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev və
Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının sədrinin müavini,
AMEA-nın müxbir üzvü,
tanınmış fizik Vəli Hüseynov Azərbaycanda elmin
inkişafına, intellekt potensialına, müasir informasiya
texnologiyalarının tətbiqinə göstərilən diqqət və
qayğıdan danışdılar, məşhur amerikalı astrofizikin həyat və
yaradıcılığı, elmi nailiyyətləri
barədə məlumat verdilər.
Sonra Nobel
mükafatı laureatı George Fitzgerald Smoot fizika fakültəsinin müəllim və tələbələrinə
"Qalaktikanın aktual astrofiziki
problemləri" mövzusunda online mühazirə oxudu.
Mühazirədə təxminən 13,7 milyard
il əvvəl Böyük
Partlayış (Big Bang)
nəticəsində kainatın yaranması, əvvəli və
sonu, mikrodalğalı fon
şüalanması, astrofizika elminin son yenilikləri barədə
məlumatlardan bəhs olundu. Sonda Nobel
mükafatçısı, görkəmli alim
Naxçıvan Dövlət Universitetinin
müəllim və tələbələrinin
suallarını cavablandırdı.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Azərbaycan müəllimi.- 2012.- 12 oktyabr.- S.2.