Akkreditasiya
Şurasının növbəti iclası keçirilib
Oktyabrın
16-da Təhsil Nazirliyində Akkreditasiya
Şurasının növbəti iclası keçirilib.
Təhsil
naziri Misir Mərdanov
iclası giriş sözü
ilə açaraq Abşeron-Ceyranbatan
Peşə Liseyi, 15 nömrəli Bakı
Peşə Liseyi, 1 nömrəli Bakı
Peşə Məktəbi və Yevlax
Peşə Məktəbinin akkreditasiyasının nəticələrinin
müzakirə olunacağını bildirib.
Abşeron-Ceyranbatan Peşə Liseyində
aparılmış akkreditasiyanın nəticələri barədə
məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Şahrza Ağayev bu təhsil ocağının ümumi
fəaliyyəti barədə fikirlərini bildirib.
Ş.Ağayev Abşeron-Ceyranbatan Peşə
Liseyində müvafiq ixtisaslar
üzrə kadr
hazırlığının aparılması, liseyin
şagird kontingenti, məzunların
işlə təminatı, akkreditasiya
zamanı keçirilmiş sorğunun nəticələri və digər bu kimi məsələlərdən
söz açıb.
15
nömrəli Bakı Peşə Liseyi
üzrə Akkreditasiya Komissiyasının
sədri Şahin Bəylərov qeyd olunan müəssisədə
aparılmış araşdırma barədə məlumatı
nəzərə çatdırıb. Ş.Bəylərov
15 nömrəli Bakı Peşə Liseyinin
fəaliyyət istiqamətləri, mütəxəssis
hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji
heyəti, maddi-texniki bazası haqqında
danışıb, habelə liseyin fəaliyyətinin
statusuna uyğunluğu
göstəricilərini qeyd edib.
Daha sonra
1 nömrəli Bakı Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Tərminə
Yusufova çıxış edib. T.Yusufova təqdimat-məruzəsində
liseyin fəaliyyəti, maddi-texniki
bazası, tədrisdə müasir
texnologiyaların imkanlarından istifadə vəziyyəti,
ümumilikdə akkreditasiyanın nəticələri barədə
məlumat verib.
Yevlax Peşə Məktəbində
aparılmış araşdırmaya dair geniş məlumat verən həmin müəssisə
üzrə Akkreditasiya Komissiyasının
sədri Qəhrəman Hacıyev akkreditasiyaya
təqdim olunmuş ixtisaslar
üzrə mövcud vəziyyət, liseyin məzunlarının son
5 ildə işlə təminatı və digər məsələlərdən
danışıb.
Sonra qeyd olunan peşə təhsili müəssisələri
üzrə aparılmış akkreditasiyanın nəticələri
barədə iclas
iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir
sıra təkliflər səsləndirilib.
Təhsil
naziri Misir Mərdanov peşə təhsili
müəssisələrində aparılmış
akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini
bildirib, öz
tövsiyə və tapşırıqlarını verib.
İclasda Abşeron-Ceyranbatan
Peşə Liseyi, 15 nömrəli Bakı
Peşə Liseyi, 1 nömrəli Bakı
Peşə Məktəbi və Yevlax
Peşə Məktəbinin fəaliyyətinin "kafi" qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə
olunması barədə qərar qəbul edilib.
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.2.