Müstəqilliyimiz
sarsılmazdır, əbədidir
Naxçıvan
Müəllimlər İnstitutunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü
münasibətilə elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə institutun rektoru, professor
Oruc Həsənli açaraq bu günün tarixi əhəmiyyətindən
danışmışdır. Qeyd olunmuşdur ki, müstəqilliyin
qorunması xalqımız üçün onun əldə
edilməsindən qat-qat ağır və çətin oldu. Həmin
dövrdə torpaqlarımızın 20 faizi işğal
edildi, bir milyondan çox soydaşımız yurd yerlərindən
didərgin düşdü. Bütün bunlar azmış kimi
hələ ölkədə vətəndaş müharibəsi
də alovlanmaqda idi. Belə olduqda xalq Heydər Əliyev kimi
nüfuzlu şəxsiyyətin
Bakıya siyasi hakimiyyətə gətirilməsi tələbi
ilə ayağa qalxdı. Xalqın tələbi 1993-cü ilin
iyununda son həddə çatdı.
Heydər Əliyev iyunun
9-da Naxçıvandan Bakıya gələrək xalqı
düşdüyü bəladan xilas etmək missiyasını
üzərinə götürdü.
Rektor çıxışında
onu da diqqətə çatdırdı ki, bu gün ölkəmiz
nüfuzlu beynəlxalq təşkilatların demək olar ki,
hamısında təmsil olunur. Müstəqillik yolu ilə
inamla addımlayan respublikamız dünyada baş verən
demokratikləşmə və əməkdaşlıq prosesində
yaxından iştirak edən dövlət kimi dünya
birliyinin tərkib hissəsinə çevrilmişdir. Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə
Prezidenti İlham Əliyev hər addımda milli maraqları və
mənafeləri uca tutur, ölkə vətəndaşlarının
arzu və istəyini gerçəkləşdirmək
üçün səy və bacarığını əsirgəmir.
Sonra
humanitar və təsviri incəsənət kafedrasının
baş müəllimi Ələkbər Cabbarlının,
riyaziyyat və tədrisi metodikası kafedrasının
müdiri Rövşən Vəliyevin mövzu ətrafında
çıxışları dinlənilmiş, müstəqilliyimizə
həsr olunmuş şeirlər səsləndirilmişdir.
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.3.