SDU-da
müstəqillik günü qeyd edilib
SDU-da Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 21-ci
ildönümünə həsr olunmuş
tədbir keçirilib.
Universitetin rektoru,
professor Nadir Qəhrəmanov
ilk öncə tədbir
iştirakçılarını bu gün münasibətilə təbrik edib. Azərbaycanın öz müstəqilliyini çətin şərtlər
altında qazandığını diqqətə
çatdıran rektor bildirib
ki, 90-cı illərin əvvəllərində
ölkəmiz və xalqımız böyük
təhlükələrlə üz-üzə qaldı, hətta
yenicə qazanılmış müstəqilliyimizin uzunömürlü olacağına da təminat yox idi. Yalnız xalqın tələbi ilə
hakimiyyətə qayıdan dahi siyasətçi
Heydər Əliyevin qısa zamanda göstərdiyi
misilsiz tarixi xidmətləri
nəticəsində Azərbaycan üzləşdiyi
böhranlı vəziyyətdən çıxa bildi. Sonrakı illərdə
ölkəmiz ulu öndərin müəyyənləşdirdiyi
siyasi strategiyaya uyğun olaraq inkişaf etməyə, yerləşdiyi regionun lider dövlətinə
çevrilməyə başladı. 2003-cü ildən sonra isə ümummilli liderin siyasi kursunun layiqli
davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi
islahatlar, gördüyü
tədbirlər ölkəmizi sürətli inkişaf mərhələsinə
çıxardı. Təsadüfi deyil ki, artıq ölkəmiz öz
inkişaf dinamikasına görə
dünyanın ən qabaqcıl ölkələrindəndir. N.Qəhrəmanov
çıxışını bu sözlərlə
yekunlaşdırıb: "Azərbaycan xalqı ona görə xoşbəxtdir ki,
onun taleyində Heydər Əliyev kimi dahi şəxsiyyət
olub, Azərbaycan xalqı ona
görə xoşbəxtdir ki, onun İlham Əliyev kimi Prezidenti var".
Daha sonra
çıxış edən universitetin ümumi tarix
kafedrasının müdiri Şirxan Səlimov ölkəmizin,
xalqımızın dövlətçilik ənənələrindən
danışıb.
Təbiət
və texniki fənlər üzrə Azərbaycan
tarixi kafedrasının müdiri
Əmirxan İsayev ölkəmizin bugünkü sürətli inkişaf
dinamikasından söz açaraq,
qeyd edib ki, bu inkişafın
kökündə düşünülmüş
və çevik siyasət dayanır.
Universitetin riyaziyyat
fakültəsinin 3-cü kurs tələbəsi
Lamiyə Abbasova Azərbaycanın müstəqilliyə
doğru gedən yolda
qarşılaşdığı çətinliklər və
dahi lider Heydər Əliyevin
xalqın tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıtmasından sonra
qazanılmış uğurlardan bəhs edib.
SDU-nun
Mətbuat xidməti
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.3.