ADU-da
"İspan dili günü" qeyd edildi
Oktyabrın 12-də ADU-da universitetin,
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan
nümayəndəliyinin və Bakı Oksford Məktəbinin
təşkilatçılığı ilə "İspan
dili günü"nə həsr olunmuş tədbir
keçirildi. Tədbirdə ADU-nun professor-müəllim heyəti
və tələbələr iştirak edirdilər. Qonaqları salamlayan ADU-nun tərbiyə işləri
üzrə prorektoru Ələddin Əliyev bildirdi ki, bu
cür tədbirlərin universitetdə keçirilməsi ənənə
halını alıb. ADU-da ispan
dilinin ötən əsrin 60-cı illərindən tədris
olunduğu və bu dilə tələbələrin
böyük maraq göstərdiyi
tədbir iştirakçılarının diqqətinə
çatdırıldı.
Kubanın Azərbaycana yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Omar Senon Medina Kinteron
çıxışında ADU-da olmaqdan məmnun
olduğunu bildirdi. İspan
dilinin zənginliyindən danışan kubalı diplomat mədəniyyətlərarası
dialoqun qurulmasında bu dilin önəmli rol
oynadığını vurğuladı.
BMT-nin İctimai İnformasiya Departamentinin
Azərbaycan nümayəndəliyinin rəhbəri Envera
Selimoviç keçirilən tədbirin
əhəmiyyətindən
danışdı. Qeyd
etdi ki, dünyada 20 ölkədən
olan 420 milyon insan ispan dilində danışır.
Sonda ADU-nun tələbələri
və Bakı Oksford Məktəbinin şagirdləri ispan
dilində şeir söylədilər, mahnı oxudular və rəqs etdilər. Eyni zamanda ispan
dilində ADU tələbələrinin
hazırladığı dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin "Arşın mal alan"
operettasından səhnəciklər
nümayiş olundu. Tələbələrin
çıxışı tədbir
iştirakçıları tərəfindən maraqla
qarşılandı.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.9.