Peşə təhsili: Günün tələbi. Reallıqlar
Ötən
əsrin 90-cı illərinin ortalarından iqtisadi sahədə
həyata keçirilən islahatlar ölkədə
sahibkarlığın inkişafına təkan vermiş,
müasir texnologiyalardan istifadə etməklə və
qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla
rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin
meydana çıxmasına səbəb olmuşdur. Bu proseslər yeni sağlam və təhlükəsiz
iş yerlərinin yaranmasına gətirib
çıxarmışdır.
Eyni zamanda
uğurlu neft
strategiyasının həyata keçirilməsi nəticəsində
ilbəil artan neft və
qaz gəlirlərini qeyri-neft
sektoruna yönəltməklə
iqtisadiyyatın tarazlı inkişafına nail
olmaq Azərbaycan dövlətinin
qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu
baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi
siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.
Nəzərə
almaq lazımdır ki,
hər bir ölkənin iqtisadi
qüdrəti yalnız onun təbii
resursları, sənayesi ilə deyil, həm
də inkişaf etmiş
insan resursları
ilə qiymətləndirilir. İnsan
resurslarının inkişaf etdirilməsində
isə peşə təhsili mühüm rol oynayır. Bu baxımdan peşə
təhsili sisteminin təkmilləşdirilməsi
və inkişaf etdirilməsi Azərbaycan
hökumətinin qarşısında duran
əsas vəzifələrdən biridir. Bu məqsədlə dövlətimiz ölkədə
peşə təhsilinin inkişaf etdirilməsi
üçün bir
sıra tədbirlər həyata keçirir.
Bu tədbirlərdən ən mühümü
isə ölkə iqtisadiyyatının inkişaf
tələblərinə cavab verən texniki peşə
təhsili sisteminin
formalaşdırılması məqsədilə həyata
keçirilən "2007-2012-ci illər üçün
Azərbaycan Respublikasında texniki peşə
təhsilinin inkişafi üzrə
Dövlət Proqramı"dır.
Həmçinin
dövlətin iqtisadi inkişaf,
o cümlədən yoxsulluğun
azaldılması və məşğulluğa dair siyasət və proqramları, fəaliyyət
planlarında peşə təhsili və əməkçilərin
peşə hazırlığı məsələsi diqqət
mərkəzində durur. Bu
istiqamətdə də hökumət tərəfindən
müxtəlif proqramlar
hazırlanmış və həyata keçirilməkdədir.
Bəs
hazırda respublikamızda peşə təhsilinin vəziyyəti
nə yerdədir?
İlk növbədə onu qeyd etmək
lazımdır ki, ölkəmizdə
peşə təhsilinn inkişaf etdirilməsi
müasir dövrün
vacib tələbi kimi
meydana çıxır və bu, aşağıdakı bir
sıra amillərlə əsaslandırılır:
- Respublikada iqtisadi inkişaf səviyyəsi
yüksəlir, sahibkarlıq müəssisələri və yeni iş yerləri
açılır, təbii olaraq əmək
bazarında ixtisaslı işçilərə ehtiyac yaranır;
-
Müxtəlif sahələr üzrə sovet
dövründə təhsil almış təcrübəli
mütəxəssislər artıq yaşlanmaqdadır,
onları əvəz edəcək cavan kadrlara böyük ehtiyac var;
-
Peşə təhsili aztəminatlı ailələrdən olan və orta məktəb
proqramını mənimsəyə bilməyən uşaqlar üçün
gələcək həyat perspektivləri ilə bağlı
yeganə şans olaraq
qalır;
- Sahibkarlar ixtisassız fəhlələrə deyil, peşə təhsili almış
işçilərə üstünlük
verirlər.
Qeyd etmək lazımdır ki, peşə təhsilinin uğurlu
inkişafı sosial tərəfdaşlıq
mexanizmləri yaradılmadan mümkün deyildir. Belə bir
mexanizm bütün sosial tərəfdaşların, o cümlədən müvafiq
yerli icra strukturları, işəgötürənlərin
və işçilərin birliklərinin və peşə məktəbi
nümayəndələrinin peşə təhsili ilə
bağlı birgə fəaliyyətini nəzərdə tutur. Belə ki, sosial tərəfdaşlar birlikdə hər bir
ərazinin iqtisadi
inkişaf potensialını mütəmadi
olaraq müəyyənləşdirməli,
ardıcıl olaraq əmək
bazarını təhlil etməli
və proqnozlaşdırmalı, işçilərə olan tələbləri müəyyənləşdirməli
və bu məlumatları özündə
əks etdirən yekun sənəd
hazırlamalıdırlar. Peşə yönümü sahəsində fəaliyyətlər
sosial tərəfdaşların, o cümlədən peşə məktəbi
nümayəndələrinin və müvafiq
sahələrdə fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə aparılmalıdır.
Reallıqda
isə peşə təhsili sahəsində sosial
tərəfdaşlıq deyil, sadəcə
"işgüzar əlaqələr"
və ya "əməkdaşlıq"
terminlərini işlətmək daha doğru olardı.
Yerli icra hakimiyyəti orqanları birmənalı
olaraq peşə məktəbləri üçün proqnozların müəyyənləşdirilməsi
məsələsinin Təhsil Nazirliyinə aid
olduğunu bildirirlər. Onların fikrincə
peşə məktəbləri özləri proqnozları
müəyyənləşdirməli və sonradan
məzunların işlə təmin olunmasını
reallaşdırmalıdırlar.
Digər
bir məsələ məktəblərin baza müəssisələri ilə bağlıdır.
Hazırda peşə məktəbləri üçün
istehsalat təlimi bazası rolunu oynaya biləcək iri müəssisələr mərkəzdən
idarə olunur və onların yerli menecerləri qərar vermək
iqtidarında deyillər. Deməli, bu məsələnin
həlli peşə məktəbləri direktorlarının
gücündə deyildir. Bu istiqamətdə Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən
məqsədyönlü fəaliyyət həyata keçirilsə
də, iri şirkətlərin bu məsələyə soyuq
münasibəti, özlərinin korporativ sosial məsuliyyətlərini başa
düşməməsi, biznes biliklərinin
aşağı olması səbəbindən əsaslı
nəticə əldə etmək mümkün
olmamışdır.
Ərazilərdə fəaliyyət
göstərən ilk peşə-ixtisas təhsili
müəssisələrinin maddi-texniki
bazasının zəif olması bu sahənin
inkişafını ləngidən amillərdən biridir. Məktəblərin tədris binalarının əksəriyyətinin əsaslı təmirə, mühəndis-kommunikasiya
sistemlərinin bərpa edilməsinə
ehtiyacı vardır. İPİTM-lərin kompleks
müasir avadanlıqlar, informasiya
vasitələri, tədris mebelləri ilə təchiz edilməsi,
kompüterləşməsi və İnternetə
çıxışla təmin edilməsi vacib
məsələlərdəndir.
Peşə
məktəblərinin tədris və yataqxana
binalarında məcburi qaçqın və
köçkünlər məskunlaşmışlar. Bu da, öz
növbəsində, bu tədris müəssisələrinin
lazımi qaydada fəaliyyət göstərmələrini
əngəlləyən amillərdən biridir.
Peşə
təhsilinin inkişafını əngəlləyən amillər sırasına peşə
məktəblərinin pedaqoji heyətinin hazırlıq səviyyəsinin günün tələblərinə cavab verməməsini də aid
etmək olar. Dərslərdə yeni tədris metodlarından istifadə
olunmaması keçilən dərsləri şagirdlər üçün maraqsız edir.
Buna səbəb
kimi peşə məktəblərində
çalışanların əməkhaqlarının
aşağı olması göstərilir. Əməkhaqqının
aşağı olması pedaqoji heyətin
öz biliklərini daim
təkmilləşdirməyə, tutduqları vəzifəyə
məsuliyyətlə yanaşmağa sövq etmir.
Hazırda peşə məktəblərinin kadr potensialının
gücləndirilməsi məqsədilə gənc mütəxəssislərin
həvəsləndirilməsi tədbirlərinin həyata
keçirilməsi vacib məsələlərdəndir.
Maraq doğuran
məsələlərdən biri də cəmiyyətin
ümumilikdə peşə təhsilinə olan
münasibətidir. Cəmiyyətin müxtəlif təbəqələri
peşə təhsilinin sosial-iqtisadi əhəmiyyətini
əsas gətirərək bu sahənin inkişaf etdirilməsini zəruri hesab edirlər. İşəgötürənlərə
peşəkar işçilər lazımdır. Peşə təhsili aztəminatlı
ailələrdən olan uşaqlar
üçün gələcək iş perspektivləri ilə bağlı bir şansdır. Bir
sözlə, peşə təhsili hamıya fayda
gətirir: Hər bir kəs
həyatı boyu hər hansı bir sənətə sahib olmaq imkanı əldə edir,
əhalinin məşğulluq imkanları artır və müvafiq olaraq işsizliyin səviyyəsi azalır, peşəkar
işçilər sayəsində müəssisələrin
məhsuldarlığı yüksəlir, insanların maddi vəziyyəti yaxşılaşır
və sosial gərginlik azalır, son nəticədə ölkənin iqtisadi qüdrəti artır. Hamı
bunları etiraf edir, amma peşə təhsilinin ictimai
statusu bir qədər
yüksəlsə də, hələ də arzu
olunan səviyyədə deyil.
Ümumi fikir odur ki, ali
təhsil - həyatda uğur
qazanmağın yeganə yoludur. Cəmiyyətdə
bu stereotipin dəyişdirilməsinə ehtiyac vardır.
Ciddi problemlərdən biri də peşə məktəblərinin tədris-təsərrüfat
sahələrinin ayrı-ayrı işbazlar
tərəfindən zəbt olunmasıdır. Bu
da peşə məktəblərinə tədrisi
tam şəkildə həyata keçirməyə
imkan vermir, nəzəri
biliklərin təcrübədə tətbiq edilməsi
imkanlarını məhdudlaşdırır.
Bütün bu
problemlərlə yanaşı onu da qeyd etməliyk ki, son dövrlərdə əldə
olan imkanlardan istifadə
edilməklə peşə təhsilinin inkişafında dönüş yaradılmışdır.
Köhnə məktəblərin binaları qaydaya
salınmış, mümkün səliqə-sahman
yaradılmışdır. Tədrisin səviyyəsi yüksəldilir.
Bir sözlə, bütün
istiqamətlərdə işlər müsbətə doğru gedir.
Yeni tikilib
istifadəyə verilən məktəblərdə tədrisin
səviyyəsi müasir standartlara
cavab verir və bu məktəblərdə dərslər və
təcrübələr arzuolunan səviyyədədir.
Yerli icra hakimiyyəti
orqanlarının və işəgötürənlərin bu məktəblərə münasibətləri
fərqli və qənaətbəxşdir. Məktəblərin
kollektivi ərazilərdə peşə təhsilinin
təbliğatını "utanmadan"
şərəflə apara bilir
və özlərini bərabər səviyyəli partnyor kimi hiss
edirlər. Şagirdlər də məktəbə həvəslə
gəlir və bu məktəbin şagirdi olduqları üçün
qürur hissi
keçirirlər.
Yerli icra
hakimiyyəti orqanlarından verilmiş məlumatlara
görə, daha bir
neçə rayonda yeni
peşə məktəblərinin tikintisi
planlaşdırılır. Çünki
buna böyük ehtiyac var, hər bir rayonun ictimaiyyəti yeni peşə məktəblərinin tikintisini arzulayır və bunu
belə əsaslandırır ki, peşə
təhsili gənclərə
ixtisas qazanmaqla əmək
bazarına daxil olmaq
imkanı verir.
Qeyd etməliyik ki, əldə olunmuş
nailiyyətlərlə kifayətlənmək olmaz.
Peşə təhsili ardıcıl diqqət tələb edir və daim yenilənməyə
meyillidir. Azərbaycan cəmiyyəti bu sahənin inkişaf
etdirilməsində maraqlıdır.
Bu təbii arzudur,
hesab edirik ki, bu sosial
sifarişin
reallaşdırılması dövlətimizin iqtisadi gücündədir.
Əlipaşa
QAYBALİYEV,
Milli
Məhsuldarlıq və
Rəqabətədavamlılıq
Mərkəzinin
direktoru
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.11.