Musiqi
kurikulumu təlimin yüksək səviyyədə təşkilinə
imkan verir
Son illər işlənib
hazırlanmış, ötən dərs ilində ibtidai siniflərdə
tətbiqi başa çatmış, bu dərs ilindən isə
ümumi orta təhsil pilləsində tətbiqinə
başlanmış yeni fənn kurikulumları təlimin təşkilinə
yeni yanaşma nümunəsi olub müasir dövrdə
ümumtəhsil məktəbinin qarşısında duran vəzifələrin
tam reallaşmasına şərait yaradır. Musiqi fənn
kurikulumu da bu baxımdan istisna təşkil etmir. Tələbə
yönümlülük, nəticəyönümlülük,
şagirdyönümlülük, sistemlilik və inteqrativlik
kimi prinsiplərə uyğun hazırlanmış musiqi
kurikulumu son illərədək məktəblərimizdə tədrisi
o qədər də qaneedici olmayan musiqi fənninin tədrisi
keyfiyyətini yüksəltməyə böyük imkanlar
açmışdır.
Musiqi fənni kurikulumu əvvəlki proqramlardan
bir sıra üstünlüyə malikdir. Kurikulumda istər
ibtidai, istərsə də ümumi orta təhsil pilləsində
musiqi təliminin məqsəd və vəzifələri
aydın qeyd edilərək göstərilmişdir ki, kurikulum
şagirdlərin cəmiyyətdə incəsənətin
rolunu dərk etmələrini, onların bədii
zövqünün, musiqi üzrə bacarıq və vərdişlərinin
inkişafını, fəal dinləyici kimi yetişmələrini,
mənəvi aləminin zənginləşdirilməsini nəzərdə
tutur.
Kurikulumda bütün siniflər üzrə
musiqi təliminin məzmun xətləri musiqi aləmi,
emosional dəyərləndirmə və musiqi fəaliyyəti
olmaqla müəyyənləşdirilmişdir.
Mən
hər üç məzmun xətti
üzrə kurikulumda nəzərdə tutulmuş təlim nəticələrinə nail olmaq üçün
dərslərimi yaradıcı qurur, fəal
təlim metodlarından istifadəyə üstünlük
verirəm. 1996-cı ildən Bakıdakı 6 nömrəli məktəb-liseydə
musiqi müəllimi işləyirəm. Uzun
illik təcrübəmdən bu qənaətə gəlmişəm ki, əyani vasitələrin tətbiqi ilə
keçilən dərslər şagirdlərin daha
çox marağına səbəb olur və onlar belə dərslərdə
fəal iştirak edirlər. Son illər isə İKT-nin
təlim prosesinə tətbiqi dərslərin əyaniliyini qat-qat artırıb. Musiqi dərslərində istifadə üçün zəngin resurslar
vardır. Bu resurslar dərsdə
istənilən musiqi nömrəsinə qulaq asmağı, istənilən
ifaçı, bəstəkar haqqında kifayət qədər
məlumat verməyi asanlaşdırır. Ona
görə də mən dərslərimdə musiqiyə dair resurslardan geniş istifadə edirəm.
Son vaxtlar
isə dərslərimi təqdimatlar üzərində qurmağa üstünlük
verirəm. Belə təqdimatlar üçün
lazım olan slaydları keçilən mövzu üzrə həm özüm
hazırlayır, həm də şagirdlərə
hazırlatdırıram. Təqdimat-dərslərdə mövzular şagirdlər tərəfindən
daha asan
qavranılır.
Ümumiyyətlə
qeyd edim ki, Milli Kurikulumun
tətbiqindən sonra musiqi
dərslərinə diqqət artıb. Yeni
dərsliklər, iş dəftərləri
çap olunub və olunur, müəllimlər üçün
maraqlı treninqlər təşkil edilir.
Bütün bunlar biz müəllimlərə dərsi daha dolğun, daha rəngarəng və maraqlı qurmağa kömək edir.
Məktəbimizdə
hər cür texniki
avadanlıqla, o cümlədən pianino ilə təchiz olunmuş
geniş musiqi
otağı vardır. Otaqda yaxşı tərtibat
işi aparılmış, divarlardan Azərbaycan və xarici
bəstəkarların portretləri asılmışdır.
Dərsdə
tətbiq üzrə işə geniş yer verirəm. Musiqi ilə məşğul olan
şagirdlər öz bilik
və bacarıqlarını göstərir, yoldaşlarına
çaldıqları alətlər, onların yaranma
tarixi, istifadə qaydaları, ifa etdikləri əsərlər haqqında
danışır, sonra isə öyrənilmiş
musiqi nömrələrini müxtəlif
alətlərdə ifa etməklə nümayiş etdirirlər.
Məktəbdə musiqi ilə
bağlı sinifdənkənar tədbirlərin keçirilməsinə
də xüsusi diqqət yetirirəm. Tez-tez müxtəlif tamaşalar,
konsertlər təşkil edirik. Bütün bunlar
şagirdlərin musiqi dərslərində
aldıqları bilik və
bacarıqları, vərdişləri daha
da genişləndirir və möhkəmləndirir.
Reyhan
YAQUBOVA,
Bakı şəhər 6
nömrəli
məktəb-liseyin musiqi müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.11.