AMİ-də ali məktəblərin müəllimləri üçün
ixtisasartırma kursları keçirilir
Azərbaycan
Müəllimlər İnstitutunun əlavə
təhsil üzrə prorektoru Rahim Əzizovdan aldığımız məlumatda bildirilir ki, AMİ-də
keçirilən kursda 15 ali məktəbdən
68 müəllim iştirak
edir. Üçaylıq kurslarda
dinləyicilərin Milli Məclisin
deputatları, mərkəzi icra
orqanlarının rəhbərləri, aparıcı mütəxəssisləri,
tanınmış elm və mədəniyyət
xadimləri ilə görüşləri nəzərdə tutulmuşdur.
Kurs çərçivəsində
Ağır Cinayətlərə Dair
İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin
hakimi, yazıçılar və jurnalistlər
birliklərinin, Azərbaycan Teatr Xadimləri
İttifaqının üzvü,
tanınmış hüquqşünas Ənvər
Seyidov və
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovla dinləyicilərin
görüşləri keçirilmişdir.
Tədbirlərdə hər iki
qonağın həyat və fəaliyyətindən
söz açılmışdır.
Canlı
diskussiya şəraitində keçən
bu görüşlərdə Ə.Seyidov cəmiyyətin müxtəlif sahələrini
əhatə edən hüquq məsələlərinə
aid, F.Məmmədov
isə kulturologiya elmi
ilə əlaqədar
sualları cavablandırmışlar.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.9.