Riyaziyyat
təliminin təşkilində nəzərə
alınmalı əsas tələblər
Riyaziyyat fənninin təliminin yeni
konsepsiyası tədrisin strukturu ilə əlaqədardır.
Təlimə müasir baxışlar konstruktivist və situativ
təlim konsepsiyalarına əsaslanır. Bilik əsasən
sabit obyekt kimi qəbul olunmur, o, fərdin obyektə dair təcrübələri
əsasında formalaşdırılır. Konstruktivist
baxışa görə, təlim konstruktiv prosesdir və bu
proses zamanı şagird biliyin daxili mənzərəsini, yəni
təcrübənin şəxsi interpretasiyasını
yaradır. Bu cür təsvir davamlı olaraq dəyişikliyə
açıqdır, onun strukturu və əlaqələndirilməsi
digər bilik strukturları üçün əsas təşkil
edir. Təlim elə bir aktiv prosesdir ki, onun mənası təcrübə
əsasında tamamlanır.
Təlim ilə bağlı situativ
baxış sosial, mədəni,
tarixi və siyasi kontekstdə fəal iştirak vasitəsilə
həyata keçirilir. Bu baxışa görə, təlim
ortaq fəaliyyət metodlarına malik qruplara və cəmiyyətə
nüfuz etməklə kollektiv təlimə çevrilir. Fərdlər
hər hansı qrupun üzvünə çevrilməklə
getdikcə müvafiq qrupun inam və fəaliyyətini mənimsəyirlər.
Modelləşdirmə, müzakirə və qərar qəbuletmə
kimi situativ birgə fəaliyyətlər aktiv iştirakın
mühüm elementi ortaq təcrübələrə əsaslanan
dialoq vasitəsilə dəstəklənir.
Konstruktivist və situativ
baxışa görə, təlim real həyati
şəraiti əks etdirən zəngin məzmun kontekstində
baş verməlidir, bunun
üçün konstruktiv
proses həyata keçirilməli və məktəbdənkənar
mühitə də sirayət etməlidir. Burada
əsas elementlər idraki təlim, real həyati problemlərin həlli ilə
bağlı əməkdaşlığın əks etdirilməsi
və məsələ həlli zamanı mümkün
metod və üsullardan
istifadənin təmin olunmasıdır. Məzmun sahəsi
üzrə düşünmə prosesinin
sürətləndirilməsində şagirdin
nümayiş etdirdiyi
effektivlik onun təlimi
üçün ölçü
rolunu oynayır. Belə yanaşmada
əsas çətinlik təlimə nəzarəti şagirdə
doğru yönəldərkən əmələ
gəlir. Bu zaman təlimin xüsusiyyəti
(situativ, interaktiv) və
biliklərin təbiəti (perspektiv, şərti,
ilkin və inkişaf etmiş) nəzərə alınaraq təlim
məqsədləri şagirdlərin özlərinin hiss etdikləri ehtiyaclara görə
təyin olunmalı, nəzərdə tutulan fəaliyyətlər onların
yaşadığı dünya kontekstinə uyğun
formalaşdırılmalı, şəxsyönümlü zəruri
qabiliyyətlərin aşılanması üçün
şagirdlər yoldaşları ilə birgə işləməli,
aparılan qiymətləndirmələr
isə müntəzəmlik və irəliləyiş
baxımından təhlilə əsaslanmalıdır.
Milli Kurikulum
çərçivə sənədi yeni
təlim üsullarının əsas prinsiplərini əks etdirir və bu prinsiplər
bütövlükdə təlimin yeni
konsepsiyası ilə əlaqədardır. Bu konsepsiyaya
görə təlim prosesi əvvəlcədən
müəyyənləşdirilmiş nəticələrə
əsaslanır və bu prosesdə müəllim
əlaqələndirici, istiqamətverici və məsləhətverici
subyekt kimi, şagirdlər
isə müstəqil, tədqiqatçı subyekt
kimi fəaliyyət göstərir. Bu zaman təlimin və tədrisin
yeni konsepsiyasının, başqa
sözlə, standartlar şəklində
ifadə olunmuş təlim nəticələrinin
məqsədəuyğun şəkildə reallaşması üçün müəllim
aşağıdakı prinsiplərə əməl etməlidir.
Müasir dövrdə riyaziyyat təliminə qoyulan
tələblər aşağıdakılardır:
1. Dərsdə
həyata keçirilən təlim-tərbiyə, proseslərin
ideya-siyasi səviyyəsi dövrün,
zamanın tələblərinə cavab
verməlidir. Gənclərdə
vətəninə, xalqına və hökumətinə
dərin məhəbbət hissləri aşılanmalı, sağlam mənəviyyat
formalaşdırılmalıdır, yeni insan tərbiyə edilməlidir.
2.
Öyrədilən tədris materialının məzmunu yüksək
elmi səviyyədə olmalı, riyaziyyat elminin
inkişafını göstərməlidir. Müəllim tədris
olunan mövzu ilə
bağlı ən son yenilikləri şagirdlərə
çatdırmalı, lakin bu zaman lazım olmayan materiallarla onları
yükləməməlidir.
3. Hər bir dərsin məqsədləri
(inkişafetdirici, öyrədici, tərbiyəedici)
əvvəlcədən dəqiq müəyyənləşdirilməli,
dərsin quruluşu və bütün
mərhələlərin reallaşdırılması həmin
məqsədlərə nail olmağa yönəldilməlidir.
4. Müəllim dərsdə elə təlim
metodları və üsullarından istifadə etməlidir ki, onlar həm dərsin məqsədlərinin
həyata keçirilməsinə və təlimin məzmununa müvafiq olsun, həm də
şagirdlərin idrakı fəallığını, təfəkkürünü
və hafizəsini inkişaf etdirsin, onlarda axtarıcılıq,
tədqiqat aparmaq həvəsi yaratsın.
5. Müasir riyaziyyat dərsinə
verilən mühüm tələblərdən
biri də dərsdə şagirdlərin
müstəqil işlərə cəlb olunmasıdır.
6. Müasir riyaziyyat dərsləri
İKT ilə təchiz olunmalı və onlardan
dərsin məqsədinə uyğun
istifadə olunmalıdır.
7. Dərsdə
mümkün olan fəndaxili
və fənlərarası inteqrasiyadan geniş istifadə olunmalı, yeni
materialın öyrədilməsi inteqrativ
formada aparılmalıdır.
8. Dərsin
bütün mərhələləri bir-birini tamamlamalı, hər mərhələyə
ayrılan vaxt düzgün
müəyyənləşdirilməli, həm müəllimdə,
həm də şagirddə vaxtdan qənaət
etmək vərdişi yaradılmalıdır.
9. Müasir dərsin mühüm
tələblərindən biri də
şagirdlərin bilik və
bacarıqlarının inkişafına nəzarət etmək,
onların səviyyəsini qiymətləndirməkdir. Bunun üçün sistematik
şəkildə cari və dövri yoxlamalar (şifahi və yazılı) keçirilməli,
nəticələr təhlil olunmalı, şagirdlərin
özünə və valideynlərinə çatdırılmalıdır.
10. Dərsdə
mehribançılığa və qarşılıqlı
hörmətə söykənən işgüzar
mühit yaradılmalı, şagirdlər
azad və rahat şəraitdə
fəaliyyət göstərməlidirlər.
Mövcud kurikulumun
əsas xüsusiyyəti ondan ibarətdir ki, biliklərin mənimsənilməsi prosesi müəllimin rəhbərliyi
altında onların şagirdlərə ötürülməsi
ilə müşayiət olunsun və bu proses zamanı təlimin
təşkilinə verilən əsas tələblər
gözlənilsin.
Elnarə ABDULLAYEVA,
Bakıdakı 42 nömrəli
tam orta
məktəbin
riyaziyyat müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 25 oktyabr.- S.5.