İngilis
dilində mürəkkəb sözlər və onları təşkil
edən komponentlər
İngilis dili öz mükəmməl tərkibi
ilə dil kommunikasiyasının yaranmasında mühüm rol
oynaya biləcək bir dildir. Ümumdünya kütləvi
informasiya vasitələrinin dünyaya
çatdırılmasında ingilis dilinin rolu əvəzsizdir.
Bu dilin dünyanın bir çox ölkələrində
ikinci dil kimi, qəbul olunması təsadüfi deyil. Məhz
buna görə də ingilis dili fənni bir çox ölkələrdə
olduğu kimi Azərbaycanda da tədris olunur.
Xarici dilə yiyələnən
şəxs bilavasitə beynəlxalq arenaya
çıxaraq öz xalqının milli mənəvi dəyərlərini,
qazandığı nailiyyətləri başqalarına
çatdırmaq, onlarla həmin dildə fikir və təcrübə mübadiləsi aparmaq imkanı əldə edir.
Xarici dil vasitəsilə
müxtəlif xalqlarla ünsiyyət, yeni mədəniyyətlərlə
tanışlıq şagirdin yüksək
səviyyəli layiqli vətəndaş,
yaradıcı və tənqidi düşünən şəxsiyyət
kimi yetişməsində mühüm
rol oynayır.
İngilis dilinin
lüğət tərkibi olduqca zəngindir.
Bu rəngarəngliyi şagirdlərə
çatdırmaq üçün müxtəlif
təlim metodlarından, resurslardan məqsədəuyğun
şəkildə istifadə müəllim üçün
əsas köməkçi vasitəyə çevrilir.
Bu dildə mövcud
olan sözlər sadə, düzəltmə
və mürəkkəb sözlərə ayrılır. Mürəkkəb sözlər dildə sərbəst
şəkildə mövcud olsa, ən azı iki
kökdən ibarət olan sözlərdir.
İngilis dilindəki mürəkkəb
sözlərin digər dillərdə mövcud
olan mürəkkəb sözlərdən
fərqli iki mühüm
xüsusiyyəti var. Birincisi,
mürəkkəb sözləri təşkil edən komponentlər
sərbəst formalardır. Belə ki, onlar özlərinin mənaları ilə
müxtəlif şəkildə işlənə bilərlər.
İkinci xüsusiyyət isə ingilis dilində ən çox
iki kökdən ibarət olan
mürəkkəb sözlərin üstünlük
təşkil etməsidir. Məsələn: motherlan, mankind, schoolboy və s.
Lakin ingilis
dilində müstəsnalıq təşkil edən mürəkkəb
sözlər də var. Məsələn,
Mother-in-law, deaf-and-dumb
və s. Bu cür sözlərin yazılışı, tələffüzü,
tərkib hissələri arasındakı əlaqənin
öyrədilməsi sözün bütöv leksik vahid kimi
anlaşılmasına kömək edir. Həmçinin
bu cür sözlərin
komponentləri arasında əlaqə vasitələrinin
şagirdlərə düzgün tədris
edilməsi vacibdir. Mürəkkəb
sözlər mürəkkəblik quruluşuna
və birləşdirici elementinə görə müxtəlif
növlərə ayrıla bilər:
1) Ən
çox üstünlük
təşkil edən heç bir birləşdiri elementin
olmadığı mürəkkəb sözlər. Məsələn,
heartache-isim, heartbreaking-sifət, heart-beat-isim.
2) Sait və samitlərin birləşdirici olduğu mürəkkəb sözlər isə
çox azdır. Məsələn, speedometer, statesman, handicraft.
3)
Sözönləri və kök şəkilçiləri
vasitəsilə yaranan mürəkkəb söz. Məsələn, up-to-up, forget-me-not, son-in-law.
Quruluşuna görə mürəkkəb
sözlər aşağıdakı
qruplara bölünür:
1) Yalnız sadə kökdən ibarət olan mürəkkəb sözlər:
film-star.
2) İki elementindən ən azı birinin düzəltmə söz olduğu mürəkkəb
sözlər: chain-smoker.
3) Elementlərindən
biri mürəkkəb
sözdən ibarət
olanlar:
wastepaper-basket.
Mürəkkəb sözlərin tədrisi zamanı digər dillərə, məsələn, Azərbaycan
dilinə, rus dilinə inteqrasiya etmək olar.
Məsələn, digər dildə
mürəkkəb sözlər,
onların yaranması,
yazılışı qaydaları
ilə müqayisəli
şəkildə izah
oluna bilər.
Mürəkkəb isimlər ingilis dilində olduqca geniş yayılıb. Mürəkkəb isim kimi
sunbeam sözünü götürək.
Burada bir isim digər
isimlə birgə yeni isim əmələ
gətirib. Bu ən məhsuldar növdür və buna saysız-hesabsız misal göstərmək olar. "Maidservant" sözü də iki isimdən yaranıb. Lakin burada münasibət
tamamilə başqa cürdür. Burada birinci
element əhatə dairəsini
məhdudlaşdırdığı halda, II element daha geniş əhatə dairəsinə malikdir.
Mürəkkəb fellər.
Bəzi alimlər bu məsələ ilə razılaşmır. Müasir
ingilis dilində
outgrow, overflow, stand up kimi feli
birləşmələr çox hallarda mürəkkəb fel adlandırılır. İngilis dilinin
tarixi inkişafı boyu mövcud olan bu cür
nümunələr olduqca
çoxdur. H.Macand
"outgrow" və "overflow" sözlərini sözsüz
olaraq mürəkkəb
fel kimi qəbul edir və eyni zamanda
bu növü qeyri-məhsuldar adlandırır.
Mürəkkəb sifətlər bəzən sərbəst
birləşmələrə olduqca uyğun gəlir. Məsələn,
"thread bare" isim və
sifətdən ibarət
olub mürəkkəb
sifət əmələ
gətirib. Bu söz
"bare to the thread" sözünə olduqca yaxındır. İngilis dilində struktur baxımından sifət və feli sifətdən
ibarət olan mürəkkəb sifətlər
də geniş yayılıb. Məsələn,
good-looking, smelling sözləri ayrı-ayrı sifət ola bilmirlər.
Bu gün geniş aktuallıq kəsb edən xarici dil kurikulumu
şagird, müəllim,
valideyn və cəmiyyətin digər üzvləri üçün
maraq doğuran konseptual bir sənəd olub xarici dil təliminin
məqsədlərini, bu
məqsədlərə nail olmaq üçün bütün fəaliyyətləri
əhatə edir.
Bu sənədin prinsiplərinə
əsasən mürəkkəb
sözlərin tədrisini
1.1.2.; 3.1.1. standartları
vasitəsilə reallaşdırmaq
mümkündür. Şagird
oxuduğu və ya eşitdiyi mətndə tanış
olduğu yeni sözləri seçir, quruluşlarına görə
qruplaşdırır. Mürəkkəb sözləri müəyyənləşdirir.
Onların hansı nitq
hissəsinə aid olması,
yaranma yolları, komponentləri və onlar arasında əlaqə elementlərini
müəyyən edir.
Növbəti mərhələ 4.1.1. standartını reallaşdırmaq yolu ilə mürəkkəb sözlərlə bağlı
bilik və bacarıqlarını möhkəmlədir. Mürəkkəb
sözləri məna
və qrammatik cəhətdən əlaqələndirir, cümlələr
qurur. Bu zaman müəllim müxtəlif
tapşırıqlar (şifahi
və yazılı təqdimat, test tapşırıqları,
fərdi layihələr,
praktiki tapşırıqlar,
inşa, imla, esse və s.yazmaq
yolu ilə) verə bilər. Dərsin bütün mərhələlərində
şagirdin bilik və bacarıqları qiymətləndirilir. Müəllim məqsədinə uyğun
olaraq standartlara və təlim nəticələrinə əsaslanan
meyarların təsvir
olunduğu cədvəldə
qeydlər aparır.
Xarici dil kurikulumunun
əsas xüsusiyyətlərindən
biri də sözlərin tərcüməsinin
birbaşa verilməsi
yox, məhz kontekst daxilində verilməsidir. Yəni sözün məhz həmin dildə açıqlaması tələb
olunur. Şagirdin yeni sözə
yiyələnməsi məhz
fəaliyyət prosesində
baş verir. Mürəkkəb sözlərin
də mətn daxilində öyrənilməsi
həmin sözlərin
struktur - semantik xüsusiyyətlərinin
daha yaxşı qavranılmasında mühüm
rol oynayır.
Nabat ƏYYUBOVA,
Bakıdakı
42 nömrəli tam orta
məktəbin
ingilis dili müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 25 oktyabr.- S.6.