İsmayıllıda
"Təhsil və təbliğat naminə idman" devizi
altında tədbir keçirilib
Oktyabrın 15-də Milli Olimpiya Komitəsinin,
İdman və Gənclər, Təhsil nazirliklərinin təşkilatçılığı,
BMT-nin Uşaq Fondunun (UNİSEF) maliyyə dəstəyi ilə
İsmayıllı rayonunun Olimpiya İdman Kompleksində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə ölkəmizdə 2012-ci ilin "İdman ili" elan
olunması və Milli Olimpiya Komitəsinin 20 illik yubileyi
münasibəti ilə "Təhsil
və təbliğat naminə idman" devizi altında tədbirlər
keçirilib. İsmayıllı Rayon Gənclər və
İdman İdarəsindən aldığımız məlumatda
bildirilir ki, tədbiri keçirməkdə əsas məqsəd
ümumtəhsil məktəblərində fiziki tərbiyə
fənninin tədrisini təkmilləşdirməklə
yanaşı, bu fənnə marağı artırma,
uşaqların idman və bədən tərbiyəsi ilə
kütləvi şəkildə məşğul
olmalarını təmin etməkdən ibarət olub.
Əsl
idman bayramına çevrilən tədbir Azərbaycanın
Dövlət himninin səsləndirilməsi ilə
başlayıb. Açılış mərasimində Milli
Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, UNİSEF-in Azərbaycan nümayəndəliyinin
rəhbəri Mark Herevard və
İsmayıllı Rayon İcra Hakimiyyəti
başçısının
birinci müavini Rəfael Əhmədov iştirak ediblər.
Yarışa rayonun 5 təhsil
ocağından 1 və 5 nömrəli şəhər,
İvanovka, Hacıhətəmli və Qalacıq kənd tam
orta məktəblərindən ümumilikdə 10 müəllim
və 50 şagird qatılıb. Rayonun İvanovka kənd tam
orta məktəbi I (birinci) yerə layiq görülüb.
Qalib komandalara Milli Olimpiya Komitəsinin diplomu və qiymətli
hədiyyələri təqdim edilib.
Azərbaycan
müəllimi.- 2012.- 25 oktyabr.- S.7.