Bədii gimnastika üzrə
Bakı çempionları məlum oldu
Oktyabrın
11-12-də Olimpiya İdman Kompleksində 19-cu Bakı
çempionatı keçirilmişdir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən
bildirmişlər ki, medallar uğrunda ən maraqlı
yarış gənc gimnastlar arasında olmuşdur.
"Avro-2011" çempionatlarında birlikdə
bürünc medal qazanmış Lalə Yusifova və Ayşə
Mustafayeva çoxnövçülük
yarışlarında mübarizə aparmışlar. Nəticədə
L.Yusifova A.Mustafayevanı 3 bal qabaqlamış, üçüncü yeri tutmuş
Rəhimə Abdullayevanı 19 bal geridə qoymuşdur.
Yeniyetmələr
arasında yarışlar gərgin olmuşdur. 15 yaşlı
Marina Durunda Mənsurə
Bağıyevaya gürz ilə
hərəkətlərdə məğlub olsa da, birinci
yeri əldən verməmişdir. Bürünc medala isə
Yekaterina Prokopenko sahib olmuşdur. Jalə Piriyeva 2000-2001-ci illər
təvəllüdlü gimnastlar arasında inamlı qələbə
qazanmış, şəxsi birincilikdə ən yaxın rəqibi
Züleyxa İsmayılovaya üstün gəlmişdir.
Üçüncü yeri Ruhiyyə Səttarova tutmuşdur.
2000-ci
il təvəllüdlü idmançılar arasında birinci
yeri Vəfa Həsənzadə tutmuşdur. 9 yaşlı gimnastların
yarışında Məryəm Səfərova liderlik
etmişdir. Ləman Hüseynova turnirin gümüş, Aydan
Ağayeva isə bürünc mükafatçısı
olmuşlar. Nəhayət, 2004-cü il təvəllüdlü
ən kiçik gimnastların yarışında Lalə
Kramarenko birinci yeri tutmuşdur. Arzu Cəlilova
gümüş, Zərniyar Əliyeva bürünc
mükafatçı olmuşdur. Turnir Azərbaycan
gimnastikasının bu il 80 yaşını qeyd edən
veteranı Ülkər Qasımovanın ünvanına təbriklər
söyləməklə başa çatmışdır.
Ədalət DAŞDƏMİRLİ,
Rəşad RAMAZANOĞLU
Azərbaycan
müəllimi.- 2012.- 25 oktyabr.- S.7.