Dərsliyimiz-gələcəyimiz
2005-ci
ildə hazırlanmış və təsdiq edilmiş
"Ümumi təhsil sistemində dərslik siyasəti" sənədində
göstərilmişdir ki, "Dərslik... şagirdlərə
müstəqil tədqiqatçılıq və
yaradıcılıq vərdişləri aşılamalı,
onları düşünməyə sövq etməli, məntiqi
təfəkkürü inkişaf etdirməlidir".
Bəli,
həqiqətən də dərsliklər təhsil sisteminin
başlıca amillərindən ən əsasıdır. Dərslik
nəinki şagirdlərin təhsili prosesində istiqamətverici
amildir, o, müəllimlərin də fəaliyyətinin
planlaşdırılmasında ən əsas pedaqoji və
metodik vəsaitdir.
Çalışdığım
müddət ərzində bir neçə dərslik nümunələri
ilə işləməli olmuşam. Deməliyəm ki, bu dərsliklər
içərisində zövqümüzcə olanı da olub,
nisbətən zəifi də. Lakin bu tədris ilinə nəşr
edilmiş və birinci sinif şagirdlərinin istifadəsinə
verilmiş "Azərbaycan dili" və "Riyaziyyat" dərslikləri
haqqında fikirlərim daha yüksəkdir.
Rəngarəng
və gözəl şəkillər mətnləri
yaxşı tamamlayır. Hər bir hərfi keçərkən
ona uyğun sözlərin hecalarla verilməsi şagirdlərin
oxu texnikasının sürətləndirilməsinə
kömək edir.
Sözlərdə
buraxılmış hecaların nöqtələrlə verilməsi
və şagirdlərin bu hecaları düzgün seçib
öz yerinə yerləşdirməsi təqdirəlayiqdir. Belə
çalışmaların şagirdlərin nəzərinə
çatdırılması həm şagird, həm də
müəllimlər üçün maraqlı dərs
prosesinin keçirilməsinə kömək edir.
Yazı
nümunələrinin yerləşdirilməsi şagirdlərin
çap hərflərinin yazı nümunəsinə
çevrilməsi qabiliyyətinin sürətləndirilməsinə
kömək edir.
Səhifə
96-dakı "Tap görüm" şeiri şagirdlərin
oxuduqlarını dərk edərək xarici aləmlə
uyğunlaşdırılmasına kömək edir. Şəkillər
isə bu tapmacanın açmasının
tapılmasını daha maraqlı edir.
Səhifə
103-dəki isimlərin böyük hərflə verilməsini
tələb edən çalışma şagirdlərin ilk
addımlardan dil qaydaları üzrə biliklərə yiyələnməsinə
istiqamət verir.
Bu
cür çalışmaların növbəti siniflər
üzrə dərsliklərdə
də çox yerləşdiriləcəyinə ümid
edir və arzulayırıq. Məncə, şagirdlərin bu
cür çalışmaları müəllimdən eşitməkdənsə,
dərslikdə görüb şəxsən oxuması daha məqsədəuyğundur.
"Riyaziyyat" dərsliyi də bir çox dəyişiklikləri
ilə nəzərə çarpır. Dərslikdə yenə
təbii çalarlı rəsmlər göz oxşayır.
Dərsliyin
ədədi ifadələrlə zənginliyi, məsələlərin
çoxluğu gələcək dərsliklərin də bu
xüsusda nəşr ediləcəyinə ümid doğurur.
Məncə
"Riyaziyyat" dərsliklərinin ədədi ifadələrlə,
məsələlərlə, tənliklərlə, həndəsi
çalışmalarla zəngin olması çox zəruridir.
Gələcəyin
məntiqli intellektual şagirdlərini yetişdirmək
üçün bu cür dərsliklərə çox ehtiyac
duyulur və həmin dərsliklərlə şagirdlərimiz
dövlətimizin güclü təhsil siyasəti nəticəsində
pulsuz təmin olunurlar. Bunun üçün də valideyn,
şagird və müəllim kollektivi adından çox
sevinir və təşəkkür edirik.
Esmira TAĞIYEVA,
Sumqayıt şəhər
N. Tusi adına 12 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 25 oktyabr.- S.5.